ailə

Bulaşmış xalçanı nə qədər silsəm də, ürəyimə yatmır?

    08.11.2017
Sual: 
Evde Namaz qilirig ama 1yawli korpe usagda var melum meseledir sidik deyir eve duzdu temizleyirem sidik deyen yerleri xalcani silirem tez tez ama yene de ureyime yatmir evin pak olmasi ucun ayri nese ede bilerem??
Cavab: 

Salam aleykum. İslam şəriətinə görə əgər yerə və ya paltara düşən sidik, yaxud nəcis artıq quruyubsa, murdar hesab olunmur. Həmçinin, bilmək lazımdır ki, Uca Allah bizim üçün dini asanlaşdıraraq hər bir məsələdə bacardığımız qədər əməl etməyi buyurur.

Ərim ailəmizlə maraqlanmadığına görə günah qazanırmı?

    05.11.2017
Sual: 
Salam yoldasim bizi qoyub at am in evinde ozu gedib rusiyaya artig 3aydi.elaqede saxlamir.o gunah qazanirmi? Ozude namaz qilir oruc tutur biliremki sirf is ucun gedib ama bizle maraglanmir 2 usagda var.
Cavab: 
Və aleykum Salam. Kişinin ailəsindən uzaqda olmasına baxmayaraq onlarla maraqlanması ailə üzvlərinin haqlarındandır. İslam şəriətinə görə üzrlü səbəb olmadan uzun müddət ailədən uzaqda qalmaq qadağan edilir.

Falçıya inanan həyat yoldaşımı sevmək düzgündürmü?

    05.11.2017
Sual: 
Salam ..menim yoldasim dine bagli deyil caduya ve onla mesgul olanlara inanir bilmek isterdim menim o insani sevib hormet etmeyim ne derecede duzgun ve ya sehvdir
Cavab: 
Və aleykum Salam. Falçılara inanmaq küfrdür və böyük günahlardan sayılır. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə buyurmuşdur: "Kim kahinin yanına gedər və onun söylədiyini təsdiq edərsə Muhəmmədə nazil olana küfr etmişdir".

Pages