ailə

Hicab bağlamaq istəyirəm, amma valideynlərim razı deyil...

    15.09.2016
Sual: 
Salam Eleykum.Men hicab baglamaq istiyirem.ancaq valideynlerim razi deyil.yuxuda gorurem Anam mene carwab alir hicab baglamaq ucun.ancaq bir terefdende qollarim aciqdi bawim bagli.bunun menasi nedir sizce?Indiden tewekkurler
Cavab: 

Və aleykum Salam. Hicab bağlamaq Allahın əmridir və valideynlərin Allahın əmrinə qarşı çıxmağı böyük günahdır və bu məsələni fitnə çıxarmadan, gözəl əxlaqla onlara izah edərək hicab geyinmək lazımdır.

Ərim şəhid olub, onunla kəbinimiz nə vaxta qədər davam edəcək?

    27.08.2016
Sual: 
Salam aleykum..bilmey isteyirem menim heyat yoldasim sehid olub..bizim dini kebinimizde var..yoldasim sehid olduqdan sora bizim kebinimiz men vefat edene qeder davam edeceymi? 2 sualim:yoldasim menim ve diger qohumlarin yuxusuna gelib men olmemisem Aglamayin deyir. Bu onun sehadetinin Allah terefinden qebul oldugunu gostere bilermi?yoldasim namaz qilmayib ancaq bir defe demisdiki basdiyacam namaz qilmaga cox yaxsi insan idi..Allahdan cox qorxurdu
Cavab: 

Və aleykum salam. Allaha dua edirik ki, sizin ərinizi və müharibədə şəhid olmuş bütün müsəlmanları bağışlasın, Cənnətdə ailəsi ilə birlikdə ən yüksək məqama çatdırsın. Uca Allah buyurur: "Allah yolunda öldürülənləri əsla ölmüş sanma.

Qızla nə vaxtdan əl-ələ tutmaq olar?

    27.08.2016
Sual: 
Salam mənim bir sualım olacaqdı qızla əl ələ tutmaq dini cəhətdən düzgündürmü?əgər düzgün deyilsə nə vaxt tutmaq olar.sualımı cavablandırdığınız üçün indidən çoxsağolun
Cavab: 

Və aleykum salam. Oğlanla qız yalnız şəriətə uyğun kəbin kəsdirərək evləndikdən sonra əl-ələ tuta bilərlər. Daha ətraflı: Sevgililər əl-ələ tuta bilərlərmi?

Namazda "Rabbənə və ləkəl həmd" deyəndə əllərin vəziyyəti necə olmalıdır?

    27.08.2016
Sual: 
Salam aleykum. Xahiw edirəm məni maraqlandiran bu suallara cavab verəsiniz: 1) "Rabbəna və ləkəl həmd deyəndə əllərin vəziyyəti necə olmalidir? Məkkədə qilinan camaat namazlarinda goruruk ki, bezileri ellerini baglayir, bezileri yanina salir. Bezi adamlardan da ewitdiyime gore dille rabbena ve lekel hemd deyib, elle tekbirin hereketini etmek lazimdir. 2) Secdeye gedende birinci eller, yoxsa, dizler yere qoyulmalidir? 3) bu sualima gore uzr isteyirem, erle-arvad arasinda oral sekse dinimizin munasibeti necedir?
Cavab: 

Və aleykum salam

Ramazan hər ölkədə fərqli günlərdə başlayırsa, qədr gecəsi də fərqli günlərdə olur?

    27.08.2016
Sual: 
salam aleykum.bizde heqiqeten ramazan ayi hemise 1 gun gec başlayirsa onda qedr geceside ferqli olur?her ölke bir vaxtda olur?2)menim 2azyasli körpelerim var cox ama heddindende artiq deceldiler.namazimi qilib qurtarinca nese 1 ziyanliq töretmelidirler sanki men namaza duranda seytan onlari qiciqlandirirki mene mane olsunlar cox eseblesdirirler meni istemeden uşaqlara kufr edirem sonra Allah tealadan bagişlanma dileyirem usaq eger kurduse valdeynin gunahlarindandir yoxsa imtahan gereyidir?3)ev isleri görduyum zaman telfonda xutbelere qulaq asiram.bezen hamamda is gorurem orda qulaq asmaq guna
Cavab: 

Və aleykum salam.

Ailəm cahil olduğu üçün onları tərk edə bilərəmmi?

    24.08.2016
Sual: 
Salam aleykum. Mənim ailəm cahil ailədir. Baxmayaraq ki, namaz qılınır. Çalışmışam başa salım dəfələrlə, xeyri yoxdur. Axırıncı dəfə qışqırdılar. Onnan sonrada calışdım, nəni saymadılar. Dəlil,sübut- bunlara fərqi yoxdu. Cahil ki, cahil. Mən ailəmi bir neçə ildən sonra konkret olaraq tərk etmək istəyirəm. Anam da cahildir. Ona da başa salmışam, xeyri yoxdur. Öz bildiklərini deyir, guya bu alimədir. Mən artıq bezmişəm. Elə belə yox, konkret olaraq. Hətta Quranda belə, səf etmirəmsə, cahilləri tərk etməyi Allah buyurur.
Cavab: 

Və aleykum salam. Quranda cahilləri tərk etmək deyildikdə ailəni tərk etmək nəzərdə tutulmur, əksinə, bu, ən böyük günahlardandır. Hər bir müsəlmanın vəzifəsi ilk növbədə öz ailəsini haqqa dəvət etməkdir. Uca Allah buyurur: "Ey iman gətirənlər!

Əri zina edən qadın nə xəyanəti bağışlaya, nə də ayrıla bilmirsə, nə etsin?

    24.08.2016
Sual: 
Salam. Bacimin yoldaşi gemicidı.ilde bir defe gelir.qazancla elaqedar xarijde cox olur.aileye baxır maddi cehetden kömey edır. Uşaqlarin qeydıne qalir.lakin xarijde olanda xeyanet edır.evinde qadininin yanında olanda ıseetmır.heyat yoldasi ne etsede o bu hereketinden vaz kecmir.qadin qalib bele bosanmaq istemir sevır ve usaqları var. Bilmek isteyirki bu vezıyyetde ne etsın.ezab cekır xeyaneti bagislaya bilmir. Bilmek isteyirki be vezıyyetde onun eri qarşisinda vezifesi nedır.qaygisina qalsın qullugunda evvelkı kımı dursun,unutsunmu xeyanetı ya bosansinmi.
Cavab: 
Və aleykum Salam. Şübhəsiz ki, zina etmək insanı dünyada rüsvaycılığa, axirətdə isə Cəhənnəm əzabına aparan böyük günahlardandır. Ərinizə qarşı qəzəbli olsanız da ilk növbədə onu Cəhənnəmdən xilas etməyə çalışmalısınız.

Ərim anamla tez-tez görüşməyi mənə qadağan edə bilərmi?

    24.08.2016
Sual: 
salam aleykum sualim beledirki erin haqqi varki mene desin ki anananla tez tez daniwma ve yaxutdaki anana deki seni gormeye ayda 1 defe gelsin cox tez tez gelmesin birdeki buna men qerar verirem yoxsa erim ? anamla goruwmeyime qariwa biler ereim?
Cavab: 

Və aleykum salam. Əgər valideynlərinizlə görüşmək fitnəyə səbəb olmursa və onlar sizin ailə işlərinizə qarışmırlarsa, bu halda ərinizin onlarla tez-tez görüşməyi qadağan etməsi düzgün deyil. Məgər onun öz qızına bu cür qadağan etsəydilər onun xoşuna gələrdimi?

Qadın hicab geyinməyərək ərinə itaətsizlik edirsə, nə etmək lazımdır?

    21.08.2016
Sual: 
Assalam aleykum ve rahmetullah. Qadin hicab taxmamaqda erine itaetsizlik edirse bu veziyyetde ne etmek olar? Assalam aleykum
Cavab: 
Və aleykum Salam və rahmətullah. Siz səbirlə həyat yoldaşınızı dəvət edin. Əvvəlcə özünüz İslamı gözəl şəkildə yaşayaraq ona nümunə olun, həmçinin onun mömin bacılarla görüşdürün və imanını artırmasına, elm almasına şərait yaradın. Evdə Quran, səhih hədislər oxuyun və dərslərə qulaq asın.

Pages