ailə
Valideynlərə hörmət etmək barədə yaza bilərsizmi?
Salam aleykum. Bu cavabları oxuyun: Ata-ananı incitməyin günahı barədə
Qadın başqa kişi ilə telefonda danışdığı üçün əri onu boşaya bilərmi?
Bir neçə il ayrı yaşayanın kəbini pozulurmu?
Salam aleykum. Əgər qarşılıqlı şəkildə ayrılmısınızsa, bu zaman kəbin kağızı öz qüvvəsini itirir. Amma bu hal baş verməyibsə və qadın tərəfdən boşanma tələb olunursa, burada kişinin razılığı olmalıdır.
Qadının ərini öpməsi, yaxud ona toxunması dəstəmazı pozurmu?
Və aleykum Salam. Aişə (Allah ondan razı olsun) demişdiir: "Peyğəmbər (salləllahu aleyhi va səlləm) onu öpdü və dəstəmaz almadı". (Əbu Dəvud, 178; İmam Əhməd, 25767). Daha ətraflı:
Dəstəmazı pozan amillər
Atam məni məscidə getməyə qoymadığına görə evi tərk edə bilərəmmi?
Və aleykum Salam və rahmətullahi və bərakətu. Valideynin sizi məscidə qoymaması başa düşüləndir. Çünki, valideynlər elə bilirlər ki, məscidə getsən pis insanlara qoşulacaqsan. Günümüzdə baş verən hadisələr valideynlərimizi bu addımı atmağa vadar edir.
Yoldaşım məni atıb, nə edim?
Sevdiyim qızın atası və qardaşı cahildilərsə, o qızla necə kəbin kəsim?
Və aleykum Salam. Cahil olmaq hələ İslam dairəsindən çıxmaq demək deyil və onlar sizin sevdiyiniz qızın qanuni vəliləri - himayədarları sayılırlar. Ona görə də, onlardan halallıq alınmalıdır. Daha ətraflı:
Atam məni incitdiyinə görə onunla mübahisə edirəmsə, halallıq almalıyam?
Və aleykum Salam. Atanız sizin haqqınıza girirsə, buna görə günah qazanır. Qiyamət günü hər kəs ona zülm edəndən öz haqqını alacaq. Amma siz günah qazanmamaq üçün onunla mübahisə etməyin və Allah üçün, savabını Allahdan istəyərək səbirli olun. Daha ətraflı:
Ərim bizi atıb xaricə gedib, ondan necə boşanım?
Və aleykum Salam. Bu cavabı oxuyun: Yeddi ildir ayrılmışıqsa, kəbin pozulubmu?