axirət

Qiyamətə yaxın olacaq hadisələrin ardıcıllığı necədir?

    12.05.2017
Sual: 
Əs Səlamu Aleykum. Qiyamətə yaxın olan hadisələrin ardıcıllığını dəqiqliklə bilmək öyrənmək istərdim. Bir neçə dəfə eşitmişəm, amma eşitməklə dəqiq yadımda qalmır. Bura yazsanız sevinərəm. Allah razı olsun.
Cavab: 
Va aleykum Salam. Qiyamətin kiçik əlamətlərinin yox, yalnız böyük əlamətlərin ardıcıllığı bildirilib. Bu cavabları oxuyun:

Qiyamətə qədər Cənnətə və ya Cəhənnəmə gedən olacaqmı?

    07.05.2017
Sual: 
Salam menim bir sualim olacaqdi. Axirete qeder müselmanlara cennet ve cehennem qapisi bağlidirmi ya nece? Başa sala bilersiniz?
Cavab: 

Və aleykum Salam. Qiyamət gününə qədər Cənnətə və ya Cəhənnəmə heç kəs düşmür, lakin şəhidlərin ruhu cənnət quşlarının daxilindədir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Şəhidlər Cənnət qapısının yanında olan "Bəriq" çayının üzə­rin­də yaşıl çadırdadırlar.

Cənnətdə cinsi yaxınlıq dünya həyatındakı kimi olacaqmı?

    07.05.2017
Sual: 
Salam. Cennetde cinsi elaqe nece olur? dunya heyatindaki kimi olur, yoxsa ferqlidi?
Cavab: 

Va aleykum Salam. Cənnətdə cənnət əhlinin arzuladığı hər bir şey, o cümlədən cinsi münasibət də olacaq. Uca Allah buyurur: "Siz də, zövcələriniz də fərəhlə Cənnətə daxil olun! Onlar üçün qızıl sinilər və piyalələr dolandırılacaqdır.

Cənnətdə qadın dünyada ikən məcburən evləndiyi kişi ilə birlikdə olacaqmı?

    12.04.2017
Sual: 
Salam.deyirsiz ki qadin bu dunyada hansi kusi ile kebinlidise o dunyadada hemin kisinin xanimi olacaq.bes eger qadin hemin kebinli kisi ile mecbur evlenibse onu hec sevmeyibse.sadece ailesine namusuna gore o kisi ile omur surubse onda yene hemin kisi ile olacaq.sans verilmeyecekmiki qadin oz ureyinde sevib gizletdiyi ile yasasin.o dunyada
Cavab: 

Və aleykum Salam. Hər bir halda Cənnətdə heç bir kədər, narahatçılıq, sevgisiz həyat olmayacaq. Əsas Cənnətə düşməkdir, bunun üçün də bu dünyada Allahın razılığını qazanmaq lazımdır.

Zinadan doğulan uşaq Cənnətə düşə bilərmi?

    10.04.2017
Sual: 
Salam aleykum. Zina nəticəsində doğulan uşaq Uca Allaha itaət edərsə cənnətə daxil olacaqmı? Yoxsa valideynlərinin günahına görə o cəhənnəm oduna məhkum olacaqmı? Həmçinin zinadan doğulan uşağın nə kimi haqqları var?
Cavab: 

Va aleykum Salam. Zinadan doğulan uşaq nə ittiham olunur, nə də anasının və anası ilə bu haram əməli edən kişinin günahına görə Uca Allahın bu ayələrinə əsasən məsuliyyət daşımır. Uca Allah buyurur: "Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər.

Ailə qurmaq istədiyim insan dünyasını dəyişib, onunla Cənnətdə bir ola bilərəmmi?

    07.04.2017
Sual: 
Salam.bu yaxinlarda aile qurmaq istediyim insan dunyasni deyiwib.menen evvel evli olub kebini onunla idi.ikimizin kebini kesilmemiwdi. her ikimizin ailesinin raziligi ile kebin kesdirecekdik qismet olmadi.özu namaz qilan idi yoldawi yox.men elhemdulillah mende namaz qiliram.bilmek isteyirem umud varmi Allah qismet ederse cennetde onun zovcesi men olum.deyiller ki bu heyatda zovcesi kimdirse axiretdede o olur.
Cavab: 
Va aleykum Salam. Cənnətdə subaylıq yoxdur. Qadın sonuncu əri ilə birlikdə olacaq, sizin istədiyiniz şeyin olub-olmayacağını isə yalnız Allah bilir. Hər bir halda, siz həyatınıza davam edin və Allahdan xeyirli həyat yoldaşı istəyin.

Cənnətdə işləmək və pul qazanmaq olacaqmı?

    07.04.2017
Sual: 
Sirke icmek gunahdir ? Yeni suya sirke tokub icmek. Sonraki sualim: mene o biri dunya cox maraqli gelir. Hemise dusunurem. Orda cennete gedenler nece yasayacaq ? Orda heyat nece kececek ? Bu dunyadaki hec bir sey olmayacaq orda ? Yeni isleyib pul qazanmaq, tikis tikmek ve s. Orda ne ile mesgul olaciyiq. Bunlar kecir beynimden. Mene nedense bu qorxulu hem de qemli gelir. Dusunende aglamagim gelir. İnsan bu dunyada oyrenib valideynlerine yaxin adamlara. Orda coxunun olmayacagini dusunende insan qeribe olur.
Cavab: 

Va aleykum Salam.

1. Sirkə halaldır. Daha ətraflı: Sirkə haramdırmı? 

2. Bu cavabı oxuyun: Cənnətdə insanlar nə işlə məşğul olacaqlar?

Pages