axirət

Cənnətdə hər kəsin öz evi olacaqmı?

    24.08.2018
Sual: 
Salam.Cənnətdə hər kəsin öz evi olacaq,yoxsa hamısı bir yerdə yaşayacaq?
Cavab: 
Və aleykum Salam. Cənnətdə hər kəsin öz evi (evləri) olacaq, hamı bir yerdə yaşamayacaq. Bir gün Peyğəmbərə (salləllahu aleyhi və səlləm) sual verdilər: "Cənnətdə olan evlər nədən düzəldilib?" O cavab verdi: "Bir kərpic gümüşdən, bir kərpic qızıl­dan.

Ölmüş insanın cənazə namazını 40 nəfər qılsa Cənnətlikdirmi?

    18.08.2018
Sual: 
Salam.1oluler ucun yemeye ad salirlar bu ne qeder duzdu?2"eger bir sexsin defninde 40nefer olarsa o sexs cennetlikdir"bu hedis ne qeder gercekdir?3deyirler ramazan ayi boyunca ruhlar azad olur ve her gun oz qapilarina gelir ve nese isteyirler bu dogrudurmu?4salavat cevirirken eli uze cekmek duzgundur?tesekkur edirem
Cavab: 

Va aleykum Salam.
1. "Ölü üçün yeməyə ad salmaq" ifadəsini başa düşmədik.

Dindən xəbəri olmayanlar Cənnətə girəcəkmi və onları dinə dəvət etmək lazımdırmı?

    18.08.2018
Sual: 
- 1.biz bilirik kidindən xəbərsizlər buna görə cəzalanmırlar 2. Əsl həqiqəti bu din bilir 3. (və ən maraqlısı) Bu həqiqəti insanlara öyrətmək lazımdır. Yəni burdan o məntiq çıxır ki, yaxşı əgər dindən xəbərsizlər onsuzda cənnətə gedirsə , onlara dini yayamağın ,dini öyrətməyin anlamı nədi?(bəs onda niyə siz Cənnətlik camaatı zibilə salırsız?)
Cavab: 
Salam aleykum. Dindən xəbərsiz, dəvət ona gəlib çatmamış insanların birbaşa Cənnətə girəcəyi fikri səhvdir. Uca Allah onları qiyamət günü xüsusi imtahan edəcək və bundan asılı olaraq Cənnətə və ya Cəhənnəmə girəcəklər.

Şəhidlərə qəbir əzabı verilirmi?

    20.07.2018
Sual: 
Esalamu Aleykum. Bir şey soruşmağ isteyirem. Sehid olan insan qebir ezabi cekirmi? Deyilene gore qebir adaml sixir. Sehid olan insanda qebir ezabi ve sorgu sual olurmu? Birdeki internetde oxuduqum melumata görə Muselman Sehid olmagi arzulayırsa xeste yataginda ve ya bawqa cur olsede Sehid sayilir Bu duzdumu? Xahis edirem cavab vererdiz.
Cavab: 
Va aleykum Salam.

Cənnətdəki qadınlar öz kişilərini hurilərə qısqanacaqlarmı?

    18.04.2018
Sual: 
Salam aleykum.Quramda Deyilirki cennetde kiwiler huriler ile evlendirilir bes eger kiwi oz arvadi ile bu dunyada nece birlikdr yawayibsa cennetdede birlikde yawaya bilmezki yeni huri ile evlendirilmese olmazki duxdur o biri dunyada qisqanmaq olmayacq olmazki huri ile evlendirilmese ancaq oz arvadi ile yawasa? xais edirem cavablandirardizda
Cavab: 
Va aleykum Salam. Kişi Cənnətdə öz zövcələrindən başqa ən azı iki huri ilə evləndiriləcək. Dünyadakı qadınlar da yeni bir yaradılışla yaradılacaq. Uca Allah buyurur: "Biz Cənnətdəki qadınları yeni biçimdə yaradacağıq. Onları bakirə qızlar edəcəyik – ərlərini sevən, həmyaşıdlar".

Zövcəsi olmayan kişilər Cənnətdə subay qalacaqlar?

    13.03.2018
Sual: 
Salam,deyirsiniz ki qadin sonuncu yoldawiynan olacaq cennetde.sual vermek isteyirem ki eyer qadinin birinci yoldashi olubse ve sonra ere gedibse,sonuncu yoldashiynan cennetde olacaqsa onda o olen birinci yoldashi kimnen olacaq cennetde..yazdinizki cennetde hechkim tek olmayacag
Cavab: 
Və aleykum Salam. Zövcəsi olmayan kişilər Cənnətdə əri olmayan qadınla evləndiriləcək. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Cənnətdə heç bir subay kimsə yoxdur" və ya "Cənnətdə subaylıq yoxdur". (Səhih Muslim, 4382).

Pages