axirət

Dünyanın sonu necə bilinəcək?

    25.02.2014
Sual: 
Salam aleykum. Men bilmek isterdim ki, dünyanin sonu nece bilinecek?
Cavab: 

Aleykum salam. Dünyanın sonunun nə vaxt baş verəcəyini Allahdan başqa heç kəs bilmir. Lakin Uca Allah sonuncu Peyğəmbəri Muhəmmədə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dünyanın sonunun, yəni qiyamətin əlamətlərini bildirmişdir.

Naməhrəmə toxunmaq, namaz, ölüyə Quran oxumaq və s. haqqında

    20.02.2014
Sual: 
Əssələmu aleykum va rahmətullahi va bərakətuhu. 1)Gun erzinde bir chox tanishlarimizi goruruk. Ve onlarla salamlashiriq. Bilmek isterdim ki, qadinlarin kishilerle el ile gorushmesi haramdir? Ve ya yanaq-yanaga opushmesi...? 2)Namaz qilarken men qulagim eshidecek ucaliqda sozleri deyirem. Ve bu zaman bildiyiniz kimi agzim achiq qalir ve dodaqlarim quruyur. Bele olduqda dodaqlara dil vurmaq olar? 3)Menim sehvim olub. Chox az muddet sevdiyim insanla sevgili olmushuq. Men onunla her ne qeder arama serhed qoysamda o bir defe menim elimi birden icazem olmadan tutdu.
Cavab: 

Aleykumus sələm və rahmətullahi və bərakətuhu.
1) Yad (naməhrəm) qadınlara bilə-bilə toxunmaq, onlarla əl ilə görüşmək haramdır. 
2) Namazda dodaq quruyursa, dil ilə islatmaq olar.

Möminlər Qiyamət gününün dəhşətini görəcəklərmi?

    17.02.2014
Sual: 
Salam aleykum. Qiyamət gününün dəhşətini möminlər görəcəklər? Allah Təala möminlərə cəhənnəmi göstərəcəkmi? Allah razı olsun.
Cavab: 

Aleykum salam. Səhih hədislərə görə qiyamətə yaxın həyatda olan möminlər qiyamətin dəhşətini görməyəcəklər. Belə ki, səhih hədisə görə Uca Allah İsanın (Allahın ona salamı olsun) vəfatından sonra və günəş qərbdən doğduqdan sonra xoş bir meh göndərəcək.

İnsanın Cənnətə və ya Cəhənnəmə düşməsi nə vaxt bilinəcək?

    17.02.2014
Sual: 
Salam aleykum. Bu sual məni çox düşündürür. İnsanların cənnət və ya cəhənnəmə getməsi qiyamət günündə bilinəcək? Mənim eşitdiyimə görə qiyamət gününə kimi ölən insanlar Əraf adlanan yerdədirlər. Yalnız qiyamət günü hesabdan sonra insanların hara gedəcəyi bilinəcək? Bunu zəhmət olmasa izah edə bilərsiniz? İndidən çox sağolun. Allah razı olsun.
Cavab: 

Aleykum salam. İnsanların cənnətlik və ya cəhənnəmlik olması insan öldükdən sonra qəbirdə bilinir. Belə ki, əgər ölən şəxs mömindirsə, onun cənnətdəki yeri göstərilir və o, qiyamət gününün tez gəlməsini istəyir.

Axirət dünyasında bizləri kim hesaba çəkəcək, qəbir əzabı doğrudurmu və ölənlər hara gedirlər?

    10.02.2014
Sual: 
Salam aleykum. O biri dunyada bizleri kim sorguya chekecek? Ve qebir ezabi duzdurmu? Qiyamet olacag indi ölenler hara gedir? Ve indi ölenler qebir ezabi chekirler?
Cavab: 

Aleykum salam. Qiyamət gününə qədər bütün ölən insanlar "bərzəx" adlanan qəbir aləminə gedirlər. İnsan qəbirə qoyulduqda onun yanına Nəkir və Munkir adlı iki mələk gəlir və ona "Rəbbin kimdir?", "Dinin nədir?", "Peyğəmbərin kimdir?" suallarını verir.

Qul haqqı barədə

    23.01.2014
Sual: 
Salam Aleykum. Qul haqqina girmek haqqinda aye varmi?
Cavab: 

Aleykum salam. Uca Allah qul haqqına aid olan günahları bağışlamayacaq və qiyamət günü insanlar hesaba çəkildikləri zaman bütün haqq sahibləri, yəni, vaxti ilə haqqları pozulmuş şəxslər, borcları qaytarılmayan borc sahibləri və s.

Haqqı halal etməmək nə deməkdir?

    10.01.2014
Sual: 
salam aleykum hakki halal etmemek ne demedi? men birine dedim ve gunaha girmis oldum?
Cavab: 
Və aleykum Salam. Bir insana istər maddi, istər mənəvi haqsızlıq etdikdə günaha görə Allahdan bağışlanma diləmək və haqsızlığa məruz qalan insandan halallıq istəmək lazımdır. Haqsızlığa məruz qalan insan haqqını halal edib-etməməsi özünə aiddir.

Pages