axirət

İnsan öləndən dərhal sonra Cənnətə və ya Cəhənnəmə düşür?

    16.04.2014
Sual: 
insan olenden derhal sonra cennet ve ya cehenneme dushur? yoxsa qiyamet gunu olmus insanlar dirilenden sora bu mueyyen edilecek? eger olen kimi dusurse o zaman qiyamet gunu oluler dirilenden sora cennet ve cehennem ehlinin taleyi nece olur? yeniden here oz yerine qayidir ya nece bu proses mene maraqlidir
Cavab: 

Aleykuma salam. İnsan ölən kimi cənnətə və ya cəhənnəmə düşmür, insan öləndə qiyamətə qədər bərzəx (ruhlar aləmi) deyilən yerdə həyat sürür. Əgər mömin olubsa, orada nemət içində olur. Yox, əgər kafir olubsa, orada əzab çəkir.

Cənnət və Cəhənnəm həqiqətən varmı?

    04.04.2014
Sual: 
Salam aleykum. Mənim suallım budur ki, cənnət və cəhənnəm doğrudan vardır? Eger bunlar heqiqetdirse, mumkundurse Cennet ve Cehennem haqqinda bir achiqlamasiyla tefsialtli shekilde melumat vererdiz.
Cavab: 

Aleykum salam. Cənnət və Cəhhənəm var olması həqiqətdir. Quranın insan sözü olmadığı, Allahdan olması sübut olunmuşdur və onun içində yazılan hər bir şey haqqdır. Daha ətraflı:
Quranın Allah sözü olmasının sübutları

Qiyamət günü hər kəs diriləcək?

    24.03.2014
Sual: 
Salam aleykum. Qiyamet gunu ele bir insan olacaqmi ki, dirilmesin? Allah razi olsun.
Cavab: 

Aleykum salam. Qiyamət günü hər bir kəs dirilib haqq-hesab üçün Rəbbinin hüzuruna gətiriləcəkdir. Allah Təala buyurur: "Kafir olanlar heç vaxt dirildilməyəcəklərini iddia edirlər. De: "Xeyr, Rəbbimə and olsun ki, siz mütləq dirildiləcəksiniz.

Qiyamət gününün vaxtı məlumdur?

    21.03.2014
Sual: 
Salam aleykum. Televizorlar, radiolarda yalandan deyirler ki, bu gün ve ya sabah Qiyamet günüdür, Qiyamet qopacaq. Ümumiyyətlə Qiyamet gününün ne vaxt olacağı melumdur?
Cavab: 

Aleykum salam. Qiyamətin vaxtı bəlli deyildir. Onun nə vaxt qopacağını bilən yalnız Uca Allahdır. Ümumiyyətlə bu haqda nə eşitsəniz bilin ki, bunlar yalan və yanlış məlumatdır. Bu haqda Uca Allah öz kitabında belə deyir: "İnsanlar sənə o Saat (qiyamətin vaxtı) barədə sual verir.

Cənnət əhli namaz qılacaqmı və oradakı qadınlar hicab bağlayacaqlarmı?

    15.03.2014
Sual: 
Salam aleykum. 1) Cennet ehli namaz qilacaqmi? 2) Cennetdeki qadinlar hicablarina riayet edeceklermi? Allah razi olsun.
Cavab: 

Aleykum salam. Cənnət əhli namaz qılmayacaq, oradakı qadınların hicabda olub-olmaması ilə bağlı isə şəriətdə dəqiq məlumat verilməyib. İbadətin bütün növləri bu dünyada Uca Allahın rəhməti sayəsində Onun rizasını və cənnəti qazanmaq üçün buyurulmuşdur.

Qiyamət günü Allahı görə biləcəyikmi?

    27.02.2014
Sual: 
Salam aleykum. 1. Qiyamət günü insanlar Allahı görə biləcəklərmi? 2. İnsanların əllərinin içində (ovcunda) ərəb dilində sol əlində 81, sag əlində ise 18 yazılıb. 18+81=99. Qiyamət günü Allahın 99 adının olmasına əllər şahidlik edəcəkmi? İzaha geniş yer verseniz minnetdar olardim. Allah sizden razı olsun.
Cavab: 

Aleykum salam. Bu cavabı oxuyun: Axirətdə Allahı görmək olacaqmı?

Axirətdə Allahı görmək olacaqmı?

    27.02.2014
Sual: 
Salam aleykum. Öldükdən sonra cənnətə daxil olanlar Allah Təalanı görəcəklərmi? İmkandirsa bir az təfsilatı ilə izah edərdiz.
Cavab: 

Və aleykum Salam. Əvvəlcə qeyd ki, bu dünyada heç kim Uca Allahı görməyib və görməyəcək. Uca Allah buyurur: "Musa təyin etdiyimiz vaxtda gəldikdə Rəbbi onunla danışdı. Musa dedi: "Ey Rəbbim! Özünü mənə göstər, Sənə baxım". O dedi: "Sən məni görə bilməzsən. Lakin bu dağa bax.

Pages