axirət

Bir neçə dəfə ailə quran qadın cənnətdə hansı əri olacaq?

    04.07.2015
Sual: 
Salam. Eger menim evlendiyim adamin ikinci arvadi olsam ve o menden evvel olse, men de bir basqasiyla evlensem, hem 2-ci erimden bir usaqda dogsam. Eger qismet olub, cennete dussem, cennetde erim ikinci-sonuncu erim olacaq? Bes onceki erimin arvadi kim olar, sexsen men olmaq istemirem.

Bu dünyada hurilər olubmu?

    02.07.2015
Sual: 
Salam aleykum. Saffat surəsi 51ci-56cı ayələrdə deyilir ki, bir hurinin yoldaşı var idi.kafir idi və dönüb yoldaşını cəhənnəmdə görür.hurilər bu dünyada var? Yoxsa hurilər dünyadakı qadıbların yeni bir biçim forması olacaq? Bu haqda xahiş edirəm ətraflı yazardlnlz. Bu dünyadan köçmüş uşaqlar obiri dünyada böyüyüb ailə həyatı quracaqlar? Allah razı olsun.
Cavab: 

Aleykum salam. Ayələrdə söhbət hurinin yoldaşından yox, dünyada mömin kimi yaşamış, sonra da Cənnətə düşmüş insanın yoldaşından gedir. Dünyada hurilər olmayıb, onlar Cənnət üçün yaradılmışlar.

Qadın bir neçə kişi ilə ərdə olubsa, Cənnətdə hansı ilə birlikdə olacaq?

    15.05.2015
Sual: 
Salam aleykum. Men evliyem amma bashqa birini sevirem. Evlenmemishden qabaq da sevgili olmushuq. Sonra ayrildiq ve ikimiz de bashqalariyla evlendik. Amma hele de bir-birmizi sevirik ve axiretde qovushmagi arzulayiriq. Eger cennet qismet olarsa, biz axiretde qovushariq yoxsa yene yoldashlarimizla qalariq?
Cavab: 
Və aleykum Salam. Bu cür sevgi haramdır, insanı zinaya və axirət əzabına apardığı üçün onu unutmaq lazımdır. Həmçinin bilməlisiniz ki, Cənnət haram əlaqələrin davam etdirilməsi üçün yer deyil.

Qətlə yetirilən şəxsin aqibəti necə olur?

    14.05.2015
Sual: 
salam!size bir nece sualim vardir.1.kimse terefindan qetle yetirilenim gunahi qatilemi yazilir ve qetle yetirilen cennete gedir? 2.kimise mudafie edarek heyatini itiren wexsin soraki aqibeti nece olur ölendan sonra?
Cavab: 

Aleykum salam. Ümumiyyətlə qətl törətmək ən böyük günahlardan sayılır. Amma öldürülən şəxsin aqibəti müxtəlif cür ola bilər. Bu barədə Allah Rəsulundan (Allahın ona vəailəsinə salavatı və salamı olsun) müxtəlif hədislər var:

Namazda dünyasını dəyişən şəxs Cənnətə düşürmü?

    30.04.2015
Sual: 
Əs Sələmu Aleykum Və Rəhmətullahi Və Bərəkatuhu Namaz əsnasında bir insan (gunahi cox olan biri) vəfat edərsə Cənnətə nail olurmu? Cunki bu barədə esidmisem
Cavab: 

Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. Bunu dəqiq demək mümkün deyil. Ümumən yaxşı əməl edərək ölmək yaxşı sonluğun əlamətlərindən hesab olunur.

Pages