dua

Zöhr namazını qılan kimi zikr etmədən Əsr namazını qılmaq olarmı?

    15.12.2017
Sual: 
Salam.namaz qilarken meselen zohr namazini qildiqdan sonra zikr etmeden esr namazina kecmek olar yoxsa zikr etmek vacibdir?
Cavab: 
Va aleykum Salam. Fərz namazlarından sonra zikrləri etmək vacib yox, müstəhəb əməllərdəndir. Ancaq Zöhr namazını qıldıqdan sonra vaxtı girməmiş dərhal Əsr namazını qılmaq olmaz, çünki namazları yalnız səfərdə və zəruri hallarda birləşdirmək icazəlidir.

Sanki boğuluram, bu nədən ola bilər?

    12.12.2017
Sual: 
Salam. Evvelki suallarima cavab verdiyiniz ucun cox tesekkur edirem. Sayenizde subhelerden cixdim. Size sualim olacaqdi. Bu 4 aydiki xalam vefat edib. Vefat eden xalamla o qederde yaxwi dolanmirdim. Olenden soram ele bil meni bogur ezab verir. Ne etmeliyem. Bunun sebebi nedir?
Cavab: 
Va aleykum Salam. Qəti olaraq inanmalısınız ki, ölülərin, onların ruhlarının bizim aləmə daxil olması, bizim onların aləminə, onların da bizim aləmə qarışması mümkün deyildir. Ruhların öz aləmi var və onu "bərzəx" adlandırırlar. 

Bəzi sözlərə görə tövbə etsəm, Allah məni bağışlayarmı?

    21.11.2017
Sual: 
Salam Aleykume.Men bezi sozleri demeyeceyime gore tovbe etmisem.Ama ya ureyimde deyirem ya da seytan dedizdirir.Men bezu sozleri demeye tovbe etmisem ve bu cox cetindi.Tez tez gunaha batiram ona gore.Eger men ALLAHİMA soze gore tovbe elediyim ucun uzr istesem ve birde soze gore tovbe elemeyecyimi desem ALLAHİm meni bagislayarmi ve o sozleri yene demeyime icaz verermi?
Cavab: 
Va aleykum Salam. İnsan ağlına gələn fikirlərə əməl etmədikcə günah qazanmır. Pis fikirlər şeytanın vəsvəsəsidir.

Vitr namazında olan qunut duasını öz dilimizdə oxuya bilərikmi?

    14.11.2017
Sual: 
Salam!Cox sag olun ki,bele bir sayt acmisiniz,icimden kecen butun suallarin cavablarini burda tapa bilirem. Vitir namazindaki qunut dualarini oz dilimizde oxuya bilerikmi?
Cavab: 
Va aleykum Salam. Vitr namazında qunut dualarını öz dilinizdə oxuya bilərsiniz. Ancaq əzbərləyib ərəbcə oxumanız daha yaxşı olar. Həmçinin oxuyun:
Duanı hansı dildə oxumaq yaxşıdır?

Namaz qılarkən ağlamaq olarmı?

    12.11.2017
Sual: 
Namaz qilarken allahim sene siqinib senden isteyirem deye dua ederken aqlamaq olarmi
Cavab: 

Salam aleykum. Həm namazda olmadığınız halda, həm də namaz qılarkən səcdədə dua edərək ağlamaq olar. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) dua edərkən və namaz qılarkən ağlamışdır.

Yazılan duanın Quran və ya ovsun olduğunu necə bilmək olar?

    08.11.2017
Sual: 
Salam.ailemizin bir üzvüne bir seyid dua yazib ki ustunde gezdirsin. Duani acib baxdiq ancaq quran yazisina cox benzemir. Onu nece bilmek olar ki qurandan yazilib yoxsa ovsun kimi bir seydi r?
Cavab: 
Va aleykum Salam. Ümumiyyətlə, dua yazdırıb üstündə gəzdirmək və bunu özlərini seyyid kimi qələmə verənlərin, mollaların və ya falçıların yanına gedərək etmək düzgün deyil.

Bədduanın qəbul olmaması üçün xüsusi bir dua varmı?

    04.11.2017
Sual: 
Salamun eleykum size bir sualim var cox istediyim biri qelbimi qirdi ve men ona bed dua etdim ama indi pesmanam o bedduanin qebul olmamasi ucun xususi bir dua varmi?evvelceden cox sagolun
Cavab: 

Və aleykum Salam. Bunun üçün xüsusi bir dua yoxdur. Lakin siz həmin insan üçün Allahdan xeyir diləyin, çünki Uca Allah xeyir duanı daha tez qəbul edir. O buyurur: "Əgər Allah insanlara istədikləri xeyri tez verdiyi kimi, şəri də tez versəydi, əlbəttə, onların əcəli çatmış olardı.

Pages