dua

Namaz qılıb eyni duanı etdiyimə baxmayaraq duam qəbul olunmur, nə edim?

    03.09.2019
Sual: 
salam. men 2 ildi namaz qiliram 2 ildi eyni duani edirem duam amma qebul olunmur . ne edeceyimi bilmirem . atam ve anam bosanib . menim atam basimi qarisdirib qerarimi deyisdirib anami secmemeyimi dedi ve mende ikisinide sectim meni atama verdiler . sonra atam mene pis davranmaga basladi mamada get atanla danis yene bosanma acsin deyir .mende qorxumdan danisanmiram ki meni doyer her gece aglaya aglaya allaha dua edirem ki anam meni aarsin atamda bize ev versin ki yasayaq . menim duam budur men neyleyim ki allah duami qebul etsin .
Cavab: 

Va aleykum salam. Bu sualların cavablarını oxuyun:

Dualarım qəbul olmur, nə edim?

Camaat namazı qılarkən imam səcdədə dua edə bilərmi?

    21.08.2019
Sual: 
Salamaleykum. Camaat namazı qılarken imam duran şexs secdede dua ede bilermi?
Cavab: 

Va aleykum Salam. Həm imam, həm də imama tabe olanlar səcdədə dua edə bilərlər. Səcdə halında bəndə Allaha daha yaxın olur. Peyğəmbərimiz (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə buyurmuşdur: "Bəndənin Rəbbinə ən yaxın olduğu halı onun səcdə vəziy­­yə­ti­dir.

Namazdan sonra edilən zikrlər neçə dəfə deyilir?

    21.08.2019
Sual: 
Əs salamu aleykum.hər vacib namazlardan sonra kı zikrlərdə.Subhanallahi,Vəlhəmdulilləhi,Vəllahu əkbər.bunları 33 dəfə yoxsa hər üçü 33 dəfə deyilir
Cavab: 

Va aleykum salam. Namazdan sonra hər biri ayrılıqda olmaqla "Subhənəllah" 33 dəfə, "Əlhəmdulilləh" 33 dəfə, "Allahu Əkbər" 33 dəfə deyilir. Əlavə olaraq bir dəfə "Lə iləhə illə-l-lahu vahdəhu lə şərikə ləhu.

Əxlaqsız şəkillərə baxdıqda namaz qəbul olunurmu?

    17.08.2019
Sual: 
Salam Aleykum. Eger bir muselman tövbe edib yeniden exlaqsiz sekil ve ya videolara baxarsa qıldığı namaz ve etdiyi dualar qebul olar?
Cavab: 

Va aleykum salam. Əxlaqsız şəkillərə və videolara baxmaq günahdır. Bu cür günahlara səhlənkar yanaşaraq davamlı şəkildə etməyin günahı daha böyükdür. Bu günahdan yenə tövbə edib Allahdan bağışlanma diləyin!

Rükuda və səcdədə edilən zikrlər hansı ardıcıllıqla deyilir?

    15.08.2019
Sual: 
Əssələmu akeykum vərahmətullah. Rükuda və səcdədə SUBHUN QUDDUSUN RABBUL MƏLƏİKƏTİ VƏRRUH zikrini etdiriksə SUBHƏNƏ RABBİYƏL A'LƏ zikrini edirikmi yoxsa bunları ayrı-ayrı edirik. Bəziləri birlikdə edir amma PEYĞƏMBƏRİMİXİN(S.A.V.) bu tipli zikirləri birlikdə etdiyinə dair dəlilin olmadığını və alimlərin bu haqda ixtilafda olduğunu oxumuşdum . Xahiş edrəm bu məsələyə aydınlıq gətirəsiniz.
Cavab: 
Və aleykumus-Sələm və rahmətullah. Səhih hədislərdə rüküda və səcdədə deyilən bir çox zikrlər varid olmuşdur.

Niyə Allah bəlaları mənə göndərir, yalvardıqda isə duam qəbul olmur?

    14.08.2019
Sual: 
Salam. Menim hec bir ishim duz getirmir. Allah meni cox cetinliklere saldi. Ne qeder yalvariram, el acib komek dileyirem olmur. Namaz da qiliram, halal yolla yetim balami saxlayiram ( men hamile olanda yoldashim qezada oldu). Amma menim, balamin haqqini yeyenlerin her ishi yag kimi gedir. Daha ne edeceyimi bilmirem. Niye problemler, belalar gelende Allah mene verir, amma bu geder komek istetirem, yalvariram yerine yetmir? Pis nefsleri, naleleri uzerimden nece goturum? Cavaba gore evvelceden tesekkurler!
Cavab: 
 Va aleykum Salam. Hər şeydən əvvəl Allahdan sizə işlərinizin asanlaşdırılmasını, başınıza gələn müsibətə görə sizə savab yazmasını və itirdiyinizdən daha xeyirlisi ilə əvəz etməsini diləyirik. Yaşadığımız bu dünya imtahan dünyasıdır və Uca Allah Öz hikməti ilə hər bir qulunu imtahan edir.

Namaz qılmayanın orucu qəbuldurmu?

    05.08.2019
Sual: 
Salam.Mənim 18 yaşım var və 9cu sinifdən 1ci kursa qədər namaz qıldım.Universitetə girəndə öz istəyimlə hicaba keçdim.Lakin 1 müddət sonra açdım.Sonradan namazı da qılmadım.Namaz qılmaq mənə yük kimi gəldi.Halbuki dinə çox bağlı idim nə ara belə oçdum bilmirəm.İndi otuc tutmaq istədim ama namaz qılmıram deyə qəbul olmayacaq deyə düşünürəm.Çox pisəm,qorxuram Allahdan. Nə edim bilmirəm kömək edin xahiş edirəm((
Cavab: 
Və aleykum Salam. Yenidən namaz qılmağa başlayın, imanınızı artırmağa çalışın və Allah barəsində şeytanın atdığı vəsvəsələrə uymayın. Uca Allah bəndəsinin tövbə edib yenidən ibadətə qayıtmasına sevinir. Daha ətraflı:

Orucluq vaxtı oxunan xüsusi dualar varmı?

    05.08.2019
Sual: 
Salam.Zehmet deyilse Orucluq vaxti oxunan dualari qeyid ederdiz birde vaxtlari.
Cavab: 

Və aleykum Salam. Oruc tutarkən iftar zamanı oxunan dualar vardır. Peyğəmbərimiz iftar edərkən belə dua edərdi: "Allahummə ləkə sumtu və bikə əməntu və aləykə təvəkkəltu və alə rizqikə əftartu. - Allahım! Sənin rizan üçün oruc tutdum. Sənə inandım və Sənə güvəndim.

Vəfat etmiş valideynləri hər gecə yuxuda görmək necə izah olunur?

    03.08.2019
Sual: 
Salam rehmete getmis ata anami qohumlarimi her gece ara vermeden yuxuda gorurem adlarina quran oxuduram cume gunleri adlarina yemek bisirirem olmur yene her gece yuxuma gelirler bu ne anlama gelir cavabiniz ucun onceden tesekkurler
Cavab: 
Və aleykum Salam. Quranı ölülər üçün oxumaq və ya oxutdurmaq olmaz. Peyğəmbər (salləllahu aleyhi və səlləm) heç vaxt Quranı ölülər üçün oxumamışdır.

Pages