Əgər mələk evə girə bilmirsə, duanı Allaha necə çatdırır?
Və aleykum Salam. Səhih hədislərə əsasən insan və ya heyvan surəti, yaxud it olan evə mələklər daxil olmur. Duaların çatdırılmasına gəlincə, mələklərin buna heç bir aidiyyatı yoxdur. Çünki, Uca Allah insanın duasını bilavasitə eşidir və qəbul edir.