dua
Min dəfə deyilən zikr yarımçıq buraxıldıqdan sonra necə davam edilir?
Əssələmu aleykum. Allahı çox zikr etmək, Peyğəmbərə salavat demək ən fəzilətli ibadətlərdən sayılır. Zikrlə insan Rəbbinə yaxınlaşır və şeytandan qorunmuş olur. Uca Allah buyurur: "Məni yad edin ki, Mən də sizi yad edim!
Üzərimdəki nəfsi necə götürə bilərəm?
Əssələmu aleykum. Yəqin ki, sualda nəfs dedikdə gözdəyməni nəzərdə tutursunuz. Gözdəymə haqdır. Uca Allah bizə bu dərdin dərmanını bildirmişdir. Gözdəymə və ondan qorunma barədə ətraflı məlumatı bu linklərdən oxuya bilərsiniz:
Qorxduğuma görə özümü narahat hiss edirəm, bu hal nədən ola bilər?
Əssələmu aleykum. Uca Allah hər bir xəstəliyin dərmanını yaratmışdır. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Uca Allah elə bir xəstəlik endirməyib ki, onun dərmanını da endirməsin". (Muslim "Salam".
Vəsvəsələrdən qurtulmaq üçün hansı surələri oxumaq lazımdır?
Va aleykum Salam. Vəsvəsələr şeytanın insanı azdırmaq üçün istifadə etdiyi yoldur. Şeytandan və onun vəsvəsələrindən qorunmaq üçün Allaha sığınmaq, Allahı çox zikr etmək və Qurandan əl-Bəqərə, əl-İxlas, əl-Fələq və ən-Nas surələrini tez-tez oxumaq lazımdır.
Çətinlikdən çıxmaq üçün nə edə bilərik?
Va aleykum salam. Uca Allahdan ailənizi tezliklə bu çətinlikdən və sıxıntıdan qurtarmasını diləyirik. Biz sizə yalnız Allaha dua etməyi və Ondan yardım diləməyi tövsiyə edirik. Uca Allah duaları eşidəndir, Ona səmimi qəlbdən dua edən qullarını çarəsiz qoymur.
Dua və zikr edərkən birinin asqırması nəyə dəlalət edir?
Va aleykum salam. Dua və zikr edərkən kiminsə asqırması duanın qəbul olmasına dəlalət etmir. Həmçinin, dua edərkən burunun qaşıması da bir məna kəsb etmir. Əgər bu hadisələrin bir mənası olsaydı, şəriətimiz bizə bildirərdi. Həmçinin oxuyun:
Namaza həvəsin olmaması nədən ola bilər?
Va aleykum salam. Namazları bir daha tərk etməyin, onları davamlı şəkildə qılın, Allahdan yardım diləyin və ümidinizi üzməyin. Bilin ki, şeytan insanın ibadətinə mane olmağa çalışır. Nə qədər çətinlik çəksəniz də, ruhdan düşməyin və namazdan əl çəkməyin.
Rüku və səcdəyə aid olan zikrlərə digər zikrləri əlavə etmək olarmı?
Va aleykum salam. Namaz qılarkən rüku və səcdədə deyilən zikrlər səhih hədislərdə Peyğəmbər tərəfindən bildirilmişdir. Yaxşı olar ki, namaz qılan bu zikrləri buyurulduğu kimi desin və onlara bir şey əlavə etməsin, yaxud onlardan bir şey əskiltməsin.
Təzə evə köçəndə ilk olaraq nə aparmaq lazımdır?
Va aleykum salam. Təzə evə köçərkən ilk olaraq nəsə aparmaq haqda şəriətimizdə heç bir buyruq bildirilməmişdir. Təzə evə köçən insan bu nemətə görə ilk növbədə Uca Allaha şükür etməlidir. Bu şükrü həm qəlb, dil, həm də əməl ilə yerinə yetirməlidir.