dua
İbadət əsnasında ağıla gələn pis fikirlər ibadəti batil edirmi?
Əssələmu aleykum. Mömin insana dəstəmaz, namaz, zikr və ya hər hansı ibadət əsnasında gələn vəsvəsələr ibadətin qəbul olmasına mane olmur və buna görə ona günah yazılmır.
Yuxuda ikən üzərində ağırlıq hiss etmək nədəndir?
Va aleykum salam. Yuxuda boğulma halları adətən şeytanın vəsvəsəsi nəticəsində olur. Bu səbəbdən yatağa girərkən dəstəmazlı olun və yatağa girmə zikrlərini edin. Yatarkən deyilən zikrlər barədə bu linkləri oxuyun:
Namazdan sonra səcdədə dua edərkən dəstəmazın pozulması namazı batil edirmi?
Əssələmu aleykum. Namaz qılan insan sağ çiyninə salam verməklə artıq namazını bitirmiş sayılır və bundan sonra dəstəmazı pozan hər hansı bir səbəbin baş verməsi onun namazını batil etmir. Namazdan kənar dua etmək məqsədilə səcdəyə qapanmaq düzgün deyil.
Sol əllə zikr etmək olarmı?
Əssələmu aleykum. Zikrləri həm sağ, həm də sol əllə etmək olar. Çünki sol əllə zikr etməyi qadağan edən hər hansı bir dəlil yoxdur. Lakin zikrləri sağ əllə etmək Peyğəmbərin sünnəsinə uyğundur.
Salavat deyərkən "Peyğəmbərə salavat" sözünü demək lazımdır?
Min dəfə deyilən zikr yarımçıq buraxıldıqdan sonra necə davam edilir?
Əssələmu aleykum. Allahı çox zikr etmək, Peyğəmbərə salavat demək ən fəzilətli ibadətlərdən sayılır. Zikrlə insan Rəbbinə yaxınlaşır və şeytandan qorunmuş olur. Uca Allah buyurur: "Məni yad edin ki, Mən də sizi yad edim!
Üzərimdəki nəfsi necə götürə bilərəm?
Əssələmu aleykum. Yəqin ki, sualda nəfs dedikdə gözdəyməni nəzərdə tutursunuz. Gözdəymə haqdır. Uca Allah bizə bu dərdin dərmanını bildirmişdir. Gözdəymə və ondan qorunma barədə ətraflı məlumatı bu linklərdən oxuya bilərsiniz:
Qorxduğuma görə özümü narahat hiss edirəm, bu hal nədən ola bilər?
Əssələmu aleykum. Uca Allah hər bir xəstəliyin dərmanını yaratmışdır. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Uca Allah elə bir xəstəlik endirməyib ki, onun dərmanını da endirməsin". (Muslim "Salam".
Vəsvəsələrdən qurtulmaq üçün hansı surələri oxumaq lazımdır?
Va aleykum Salam. Vəsvəsələr şeytanın insanı azdırmaq üçün istifadə etdiyi yoldur. Şeytandan və onun vəsvəsələrindən qorunmaq üçün Allaha sığınmaq, Allahı çox zikr etmək və Qurandan əl-Bəqərə, əl-İxlas, əl-Fələq və ən-Nas surələrini tez-tez oxumaq lazımdır.