dua
Nə edim ki, dualarım qəbul olsun və arzularım həyata keçsin?
Salam aleykum. Siz səbrlə, tələsmədən xeyirli əməllərə və dualara davam edin, günahlardan isə çəkinin. Allahın sizi sevməməsi isə doğru zənn deyil, çünki Allah sevdiyi bəndələrini daha çox müsibətə düçar edir. Daha ətraflı:
Günaha görə dua edib Allahdan bağışlanma dilədikdə, dua qəbul olarmı?
Salam aleykum. Uca Allah səmimi qəlblə edilən bütün tövbələri qəbul edir. Daha ətraflı: Tövbə etsəm, Allah məni bağışlayarmı?
Qüsulsuz halda zikr etmək olarmı?
Və aleykum Salam. Bəli, qüsulsuz halda zikr etmək icazəlidir. Lakin qüsl və dəstəmaz olan halda zikr, dua etmək daha yaxşıdır və ədəblərdən sayılır.
Həmzad nədir və ondan necə qorunmaq olar?
Va aleykum Salam. Bu cavabı oxuyun: Həmzada görə uşağın olmaması fikri doğrudurmu?
Tək səbrə inanmaq fikrindən necə əl çəkim?
Və aleykum Salam. Bu cavabları oxuyun:
Bəd əlamətlərə inanmaq vərdişindən xilas ola bilərəm?
Bəd əlamətlərə inanma!
Övlad valideynin vəsvəsədən qorunması üçün "Ayətul-Kursi" oxuya bilərmi?
Və aleykum Salam. Siz onun üçün "Ayətul-Kursini" və digər ayələri oxuyaraq ruqyə edə bilərsiniz və ya o özü kitabdan "Ayətul-Kursini" oxuya bilər. Həmçinin oxuyun:
Ruqyə (Quranla müalicə) necə oxunur?
Toy gecəsi qılınan namaz haqqında
Və aleykum Salam.
Uşaqları məktəbə apardığım və dini paltarlar baha olduğu üçün hicabımı açdım...
Və aleykum Salam. Bütün bunlar şeytandan gələn vəsvəsələrdir və imanın zəif olması ilə bağlıdır. Gecikmədən tövbə edib yenidən hicabınızı bağlayın və vəsvəsələrə fikir verməyin.