dua

Elə dua varmı ki, oxuyanda sevdiyim qız da məni sevsin?

    22.01.2015
Sual: 
Salam sizden xais edirem bu sualima tez cvb yazasiz.......Men bir qizi sevirem ama bundan xeberi yoxdu o,qizin ve o,qiz menim qohumdu ele bir dua varki onu oxuyum o,qiz mene asik olsun?
Cavab: 

Aleykum salam. Xeyr, belə bir dua yoxdur. Allaha öz sözlərinizlə sizə xeyirli zövcə (həyat yoldaşı) nəsib etməsi üçün dua edin. Həmçinin oxuyun:
Duaların qəbul olması üçün nə etməliyik?

Hər hansı bir nemət üçün zikr etmək olarmı?

    21.01.2015
Sual: 
salamun eleykum.men bilmek isteyirem ki nefs ucun zikir hansia bir neymet ucun zikir etmek gunahdirmi.xahis edirem cavablandirainiz
Cavab: 

Aleykum salam. Ruzi nəzərdə tutursunuzsa, Peyğəmbər (sallallahu aleyhi və səlləm) bunun üçün belə dua edərdi: "Allahummə inni əsəlukə rizqan tayyibən, va ilmən nəəfiən va amələn mutəqabbilən" (Allahım səndən halal ruzi, faydalı elm və qəbul olunmuş əməllər istəyirəm). (İbni Macəh, 925).

Dua qədəri dəyişə bilərmi?

    21.01.2015
Sual: 
Salam. Meni nece vaxtdi bir sual cox maraqlandirir. Xahis edirem etrafli sekilde mene yazin.men dua edirem her hansi bir isim alinsin deye. Sonra fikirlesirem ki eger qismetimde yoxdusa olmayacaq. Onda men dua etmeyim arzularim ucun? Insan dua ile qismetini deyisdire bilermi? Xahis edirem etrafli sekilde izah edin Allah cumlenizden razi olsun
Cavab: 

Aleykum salam. Qədərin əvvəlcədən təyin olunmasına inanmaq imanın şərtlərindəndir. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Allah məxluqatın qədərini, göyləri və yeri yaratmasından əlli min il öncə yazmışdır". (Muslim).

Uşağın yuxuda qorxmaması üçün döşəyinin altına bıçaq qoymaq olarmı?

    15.01.2015
Sual: 
Salam Aleykum .Cox sagolun suallarimi cavablandirirsiz.Allah razi olsun.sualim odur ki gece uwaq yatanda doweyin altina bicaq qpyanda uwaq seksenmir qorxmur.Bu ne derecede duzgundur? Birdeki anduz adli bitki var baw agriyanda xeste o landa iyleyirem anduzu yandirib.Yaxwi oluram.Gunahdirmi yoxsa bu etdiyim???
Cavab: 

Aleykum salam. Uşağın yastığının altına bıçaq qoymağın onun qorxması ilə əlaqəsi yoxdur. Dediyiniz bitkini yandırıb iyləməkdə də günah yoxdur. Həmçinin oxuyun: Körpə uşaq yuxuda qorxub ağlayırsa, nə etmək lazımdır?

Ərimin zina etməməsi və onu itirməməyim üçün dua varmı?

    15.01.2015
Sual: 
Selam aleykum ,menim erim mene heyanet edir .uz vurmuram...hele bir dua var kocami elimnen hansisa axmax almasin...bir allahima qore dozurem.. ushaximizda var,teshekur!, ohuduza qore
Cavab: 

Aleykum salam. Zina (ailədən kənar cinsi əlaqə) ən böyük günahlardandır. Peyğəmbərin (salləllahu aleyhi və səlləm) və ondan sonrakı dövrlərdə zina etdiyi sübut olunmuş adama ağır cəza verilirdi. Bu günahın axirətdəki cəzası isə qat-qat şiddətlidir.

Pages