Sual:
Salam. Çox üzr istəyirəm, məndə deyəsən soyuqdəymə olduğu üçün tez-tez bağırsaq yeli xaric olur və ibadət zamanı məni çıxılmaz vəziyyətə salır. Dəstəmaz alıb namaza hazıtlaşan vaxt bu hal baş verir və namazın ortalarında da təkrar başıma gələcəyini bildiyim üçün gedib yenidən boş-boşuna dəstəmaz almıram. Və bu şanssızlıqdan dolayı da namazımı kor-peşman qılıram. Təqlid etdiyim alim deyir ki, bağırsaq yelini saxlaya bilməyən şəxslər namazın qunut kimi müqəddəs hissələrindən çəkinməlidirlər. İndi mən heç vaxt 2-ci rükətdə qunut tutmayımmı?