dua

ət-Tariq surəsinin ərəbcəsini yaza bilərsinizmi və digər suallar

    14.12.2014
Sual: 
Salam Aleykum. Mənim 5 sualım var. Xahiş edirəm 5-ini də ayrı-ayrılıqda və ətraflı cavablandırın. Xahiş edirəm hazır link atmayın. Özünüz cavablandırın. 1. Ət-Tariq surəsinin ərəbcəsini mənə yaza bilərsinizmi? 2. Ət-Tariq surəsinin yuxuda cənabət olmamaq üçün təsirli olduğunu deyirlər. Bu doğrudurmu? 3. "Möhtəlim" sözünün mənası tam olaraq nə deməkdir? 4. Mən yuxuda naməhrəm görmüşəm (mən qızam, yəni bunu yazan qızdır, kişi deyil). Amma şəhvətləndiyimi və ya cünub olduğumu xatırlamıram. Yuxudan duranda alt paltarım bulaşmasa da nəmlik vardı.
Cavab: 

Aleykum salam.
1.
Bismilləhi-r-rahməni-r-rahim.
Va-s-səməəi va-t-taariq.
Vamə ədraakə mə-t-taariq.
Ən-nəcmu-s-səəqib.
İn kulli nəfsil-ləmmə aleyhə həəfız.
Fəl yənzuri-l-insəənu mimmə xuliq.
Xuliqa mim məəin dəəfiq.

Uzanan halda dua etmək olarmı?

    14.12.2014
Sual: 
Əvvəla Salam Aleykum.Mən hər gün dua edib şükr etməyi özümə şərt qoyuram , lakin bəzi şeyləri dəqiq bilmirəm.Dua edərkən sağlam olmağıma baxmayaraq bu işi uzanan yerdə edirəm. Bu nə dərəcədə düzgündü?Digər sualım isə belədir dua edərkən duanın özündən başqa hansı sözləri işlətməliyəm? Mənim cəmi 11 yaşım var.Ancaq mən namaz qılmıram tək dua edirəm mən belə edərək günah qazanırammı?
Cavab: 

Aleykum salam. Uzanaraq dua, zikr etmək olar. Uca Allah buyurur: "O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad (zikr, dua) edir, göylərin və yerin yaradılması haqqında düşünür­ (və deyirlər:) "Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən.

Şəhvət oyadan səhnələrə baxmaq günahdırmı?

    10.12.2014
Sual: 
Salam,mənim 1-ci sualım budur ki,şəhvət oyadan,yəni məsələn bir oğlanla qızın cinsi əlaqəsinə,öpüşmə səhnələrinə və digər ehtiras oyadan filmlərinə və ya şəkillərinə baxmaq haramdır yoxsa yox? 2-ci sualım isə budur ki,namaz qılan vaxtı namaz dualarından başqa mən öz istəyimin yerinə yetməsi üçün hər hansı rükətdə dua edə bilərəm? Yəni məsələn qunutda namaz dualarından başqa səadətə qovuşmaq,şeytannan Allaha sığınmaq,xəstəlikdən şəfa tapmaq üçün dua edə bilərəm?

Çətinliyə düşəndə mollanın yanına gedib dua yazdırmaq olarmı?

    10.12.2014
Sual: 
Salam.bir çətinə düşdükdə .molla yanına gedib dua yazdırmaq olarmı.işinin yolunda getməsi üçün ya oturub səbr eləmək lazımdır.mən çox çətinlikdəyəm.2 hadisə başma gəlib.mən nə etməliyəm.səbr duaları varsa xaiş esirəm yazardız.təşəkkürlər
Cavab: 

Aleykum salam. Allah köməyiniz olsun və işlərinizi asanlaşdırıb səhmana salsın! Ancaq bilməlisniz ki, çətinliyə düşəndə mollanın yanına getmək yox, əl açıb Uca Allaha yalvarmaq lazımdır.

Namazdan sonra hansı zikrlər edilir və namazı gündə 3 dəfə qılmaq doğrudurmu?

    09.12.2014
Sual: 
Salam aleykum....Namazdan sonra ne etmeyi meslehet gorursuz her hansi bir dua ve yaxud zikr varmi ??? ikinci sualimida zehmet olmasa cavablandirardiz...Men gunde 3defe namaz qiliram zohr namazinin ardinca esr, sam namazinin ardinca xiften yeni gunde 3defe namaz qilmagim duzgundurmu ???? Cox sagolun

İstixarə (hacət) namazını nə vaxt və necə qılmaq lazımdır?

    09.12.2014
Sual: 
Hacet namazini nece qilmaq lazimdir? Ve hansi saatda? Men hacet namazi qilamq isteyirem amma muxtelif menblerden muxtelif melumatlar gelir.bilmirem nece qilim?
Cavab: 

Salam aleykum. İstixarə namazı günün istənilən vaxtı (namaz qılmaq qadağan olan vaxtlar istisna olmaqla) hər hansı işə başlamazdan əvvəl qılınır.
Daha ətraflı: Hacət namazı nəyə görə necə və neçə rükət qılınır?

Pages