namaz

Xəstə olarkən oturaraq və ya uzanaraq namaz necə qılınır?

    02.10.2014
Sual: 
Salam aleykum.Oturaraq ve ya uzandiqimiz halda nece namaz qilmaq olurki?yeni ruku,secde edilmeden dil ile demek kifayet edirmi?bunu bilmek isteyirem ki, eger xeste olsam,Allah qorusun ayaqlarim tutmasa,minikde olsam nece namaz qilacaqimi bilim.Men namazlarimi qorumaqa chalishiram.bir neche defe namazi buaxmisham,amma tovbe etmishem.Allah meni baqishlasin.Sizin saytiniz chox xoshuma gelir,bilmediyimizi buradan oyrenirik.Allah sizden razi olsun.Birde hicab haqqinda gozel meqale yazsaniz chox sevinerdim.Allah ellerinizi var etsin.
Cavab: 

Aleykum salam. Allah sizdən də razı olsun. Oturarkən namaz qılanda rükü edəndə biraz qabağa əyilmək, səcdə edərkən isə ondan daha çox əyilmək lazımdır. Uzanmış vəziyyətdə də başı qabağa əyməklə həmin hərəkətləri etmək olar. Əgər bu da mümkün deyilsə, bacardığınız şəkildə qıla bilərsiniz.

Namaz qılmayan adam cənnətə düşə bilərmi?

    02.10.2014
Sual: 
Salam. Bir adam ömür boyu yaxşılıqlar etsə, fəzilətli olsa, qiybət etməsə, qəlbi təmiz olsa və Allaha inansa, Onu sevsə, lakin, namaz qılmasa cənnətə düşə bilər? Və yaxud da bir müddət cəhənnəmdə qaldıqdan sonra Allah ona cənnəti bəxş edər? Bir də namaz qılıb sonra tərk edən adamın da cənnətə və ya cəhənnəmə düşmə ehtimalı ilə bağlı bilmək istəyərdim.
Cavab: 

Aleykum salam. Bu məqaləni oxuyun: Namaz qılmayıb, Cənnətə girmək olarmı?

Namazda əlləri bağlı tutmağa Quran və Sünnədən dəlil varmı?

    02.10.2014
Sual: 
Assalamualeykum quran və sünnədə əlləri bağlı namaz qılnaqla bağlı dəlil varmı? Allah razı olsun
Cavab: 

Aleykum salam. Əli bağlı namaz qılmaq barədə tam olaraq açıq-aydın bir ayə gəlməmişdir. Lakin bəzi təfsirlərdə qeyd olunmuşdur ki, əl Kövsər surəsinin 2-ci ayəsi, namazda əli bağlamağa aiddir. Həmin ayənin açıqlamasını da Əli İbn Əbu Talibdən (Allah ondan razı olsun) götürmüşdülər.

Qüsl alaraq xəstələnəcəyindən ehtiyat edən şəxs, namazları nə vaxt qılmalıdır?

    30.09.2014
Sual: 
Salam. Səhər oyanmışam qüslum pozulub. Hava soyuqdu. Səhər çimib çıxsam xəstələnəcəm. Təyənnüm edib namaz qılmaq olar? Yoxsa namazları axşama saxlamaq lazımdır ki, axşam qüsl alıb qəzalarını sonra qılım? Tutaq ki, təyənnüm olar aldım qıldım. Bəs sonra ki, namazları necə yenə təyənnüm yoxsa dəstəmaz alım namaz qılım? Xahiş edirəm bu sualları cavablandırın.
Cavab: 

Aleykum salam. Qüsul almağa şərait yoxdursa və ya xəstələnmək təhlükəsi varsa, müvəqqəti olaraq, imkan yaranana qədər torpaqla təyəmmüm edib namazları qılmaq lazımdır və namazları qəza etmək olmaz.

Lotoreyada udulan puldan sədəqə vermək olarmı və digər suallar

    28.09.2014
Sual: 
Assalamu aleykum qardaslar ALLAH sizlerden razi olsun.sualim beledir sizlere insALLAH ki aydin cavab verersiz 1)bir iw yoldawim lotodan pul udub ordan mene pul verse men onu sedeqe kimi kimese vere bilerem?2)Bir namaz qilan qardas var dinde imandadir amma arada onda qeyri adi hallar bas verir deyirler cinlidi yeni arada namaz qilmir hedda ewitmisemki ALLAHI soyur amma bu hallar nedense arada olur onda.Bilmey isteyiremki bele halnan islamdan cixmis olur o??3) qadin destamaz alarken uzunde hec bir kasmetika qalmamalidir yoxsa gozlerinde qala biler?bank kartlariyla faizsiz kanpanialarda nese
Cavab: 

Aleykum salam.

Şərait olmadığı üçün namaz qılmıram

    26.09.2014
Sual: 
salam.men bu il telebe oldum.qalmaq ucun kiraye ev tutmusam,balaca otaqda 5-6 nefer qairiq,namaz qilmaq isteyirem,amma fikirlesirem ki,namaz qilmaq ucun yaxsi rahat yer deyil.namaz qilmagi allaha borclu bilirem.deyirem ki, mektebi bitirenden sonra qilsam olar.birde ki,men allaha soz vermisem ki,ne vaxt olursa olsun,senin ucun namaz qilacam.bunu demeyimde bir gunah var allah xetrine sualimi tez cavablandirin allah razi olsun
Cavab: 

Aleykum salam. Uca Allah namazı hər kəsə bütün şəraitlərdə vacib buyurmuş, başlamaq üçün nəyisə gözləməyi isə qadağan etmişdir. Hər kəs ölüm onu haqlamamış Rəbbinin razılığını qazanmağa çalışmalı, Allahın ona buyurduğu ibadətləri yerinə yetirməlidir.

Namazda təsbehi 3 dəfə öpüb alına, yoxsa gözə qoymaq lazımdır?

    23.09.2014
Sual: 
salam namazda tesbehi opub alina qoymaq lazimdi ya goze 3defe opub qoymaq lazimdi.twk
Cavab: 

Aleykum salam. Namazdan sonra təsbeh istifadə etmək olmaz, çünki Peyğəmbərin (salallahu aleyhi və səlləm) dövründə təsbeh olmamış, O bizə barmaqlarla zikr etməyi buyurmuşdur. Daha ətraflı: Namazdan sonra təsbeh çəkmək olar?

Unudaraq dırnağımda lak olduğu halda namaz qılmışamsa, namazım batildirmi?

    22.09.2014
Sual: 
Salamun aleykum.men namaza baslayandan lakdan istifade etmirdim.övladim dunyaya geldi 40gun qilmadim ve lakdan istifade etdim.qusl alanda yadimdan cixib dirnagimda lak olub .menim qusulum batildimi.birde men 40gunden elave 10gunde namaz qilmamisam(temiz olmadigima gore)qezasin qilmaliyam,Allah razi olsun sizlerden.
Cavab: 

Aleykum salam. Dəstəmaz aldıqda suyun dəstəmaz yerlərinə, həmçinin, dırnaqlara da çatması vacibdir. Lakin lak dırnaqların üzərində müəyyən bir təbəqə yaradan və suyun dırnaqlara keçməsinin qarşısını alan bir maddə olduğuna görə dəstəmazdan və ya qüsldan əvvəl silinməlidir.

Ərəb dilini səlis bilməyənin namazı qəbul olurmu?

    19.09.2014
Sual: 
Salam. Din alimlərindən biri (Sistani) deyir ki, namazın sözləri səlist olaraq ərəb dilində deyilməsə namaz batildir. Bu alim məni namazdan soyutdu, ümidlərimi puç etdi. Hər səhər sübh namazına həvəslə qalxan mən - bu gün süst və həvəssiz qalxdım. Allahın dərgahı mənə əlçatmaz və ünyetməz kimi göründü. Bir alimin insanları bu hala salması, qolunu-qanadını sındırması və belə bir söz işlətməsi nə dərəcədə düzgündür? Bu dinə bir az da siyasət qatmaq deyilmi? Ümumiyyətlə həqiqətənmi ərəb dilini bilməyənin namazı qəbul deyil? Belə çıxır ki, onda namazı elə ancaq ərəblər qılmalıdır.......
Cavab: 

Aleykum salam. Əvvəlcə bu ayəni xatırladaq: "...Allah heç kəsi gücündən artıq yükləməz...". (əl-Bəqərə, 286).

Pages