oruc

Hədisdə deyilən "evlənməyə gücü çatmayanlar" hansı günlər oruc tutmalıdırlar?

    17.03.2016
Sual: 
Evlenmeye gucu catmayanlar oruc tutsunlar sualim beledir oruc dedikde nafile oruc 1ve 4 cu gun nezerde tutulur yoxsa her gun tutaq salam aleykum ve rahmatullah.
Cavab: 

Salam aleykum. Allah Rəsulu (salləllahu aleyhi və səlləm) demişdir: "Ey cavanlar topluluğu, sizdən evlənməyə gücü çatanlar evlənsin, çünki evlilik gözü harama baxmaqdan son dərəcə saxlayan, iffəti də ən yaxşı qoruyandır.

Niyyət etmişdim ki, oğlum olsa oruc tutacam, amma tuta bilmirəm...

    16.03.2016
Sual: 
Salam.men ehd etdimki oglum olsun 1 ay Allah yolunda oruc tutacam.indi ise o orucu tuta bilmirem.evezinde ne etmeliyemki boynumda qeza orucu qalmasin.cox xais edirem komek edin.1 gun oruc tutdum amma cox pis oldum.
Cavab: 
Və aleykum Salam. Belə niyyət etmək düzgün deyil. Lakin, əgər oruc tutacağınıza söz vermisinizsa, bu orucu tutmalısınız. Oruc tutmaq mümkün olmasa hər günə bir kasıbı yedizdirməlisiniz.

Təşəhhüddə salavat nə vaxt deyilir? Oruc nə vaxt vacib olur?

    12.02.2016
Sual: 
salam aleykum men namaz qiliram 3aydir. men bir defe size yazmisdim tesehhudde allahumme necenci ruketde deyilir siz deyirsiz ki bu reye gore 2ci ruketde olmagi diger reylere gore 4cu ruketde deyilmelir(yalniz) men ne edim hansi ruketde deyim.? ammma men burdaki cavablari oxumazdan evvel hem 2ci hem de4cu ruketde de deyirdim amma sonra ancaq 4cu ruketde dedim 2ci ruketde ise yalniz ettehiyyetu"nu dedim men ne edim 2) bir de ki menim14 yasim var oruc tutmaq vacibdir 3)istixare namazi nece qilinir? basa salardininz menim dua etmeye ehtiyacim var
Cavab: 
Və aleykum Salam.
1. Namaz qıldıqda həm birinci oturuşda, həm də ikinci oturuşda təşəhhhüd və salavat deyilməlidir. Yəni, üç rükətli və dörd rükətli namazlarda təşəhhüddən sonra salavat həm ikinci rükətdə, həm də axırıncı rükətdə deyilir.

Oruc tutmaq üçün gecədən yeyib yatmaq və səhər yeməmək olarmı?

    12.09.2015
Sual: 
Salam aleykum men orucumu gece yeyib icib niyet edib yatdim mene dediler sen duzgun elememisen gerek vaxtinda durub yeyesen niyet edesen gerek 5 orucmuda bele eledim indi menim tutdugum 5 oruc qebul olub ya yo ??
Cavab: 

Aleykum salam. Sahura (oruc üçün səhər yeməyi) durmadan yaxud sahur yeməyini gecədən yeyərək oruc tutmaq icazəli olsa da, Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) sünnəsinə ziddir. O, demişdir: "Sahur yeməyi bərəkətdir, biriniz bir qurtum su ilə olsa belə onu tərk etməsin!

Ramazandan qalan qəza oruclarını Şəvval orucundan sonra tutmaq olarmı?

    12.09.2015
Sual: 
Salam aleykum zehmet olmasa mene şeval ayi haqqinda melumat vere bilersiz menim qeza orucum var onu tutandan sonra seval orucun tuta bilerem olmazki sevalin orcun tutum qezami qisda tutaram birde seval ayi ne vaxtacandir Xahiş eliyirem biraz tez cavablandirin chox sagolun.
Cavab: 

Aleykum salam. Şəvval oyunda oruc tutmaq müstəhəbdir (bəyənilən əməldir). Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir: "Kim Ramazan orucunu tutub, sonra əlavə olaraq Şəvval ayından altı gün oruc tutarsa bir il oruc tutmuş kimi sayılar".

Pages