qadınlar

Heyzli ikən oruc tutmaqla bağlı ayə mənə aydın olmadı

    30.06.2014
Sual: 
Salam aleykum.Ramazan ayinda heyz olduqundan oruc tuta bilmeyen qiz bashqa gunlerede oruc tutmalidirmi?Sizin gosterdiyiniz aye mene aydin olmadi.Yeni,heyz ''xeste ve seferde olanlar bashqa gunlerde oruc tutmalidir''ayesine daxildirmi?
Cavab: 

Aleykum salam. Bəli, dediyiniz hal həmin ayəyə daxildir. Qadınlar aybaşı və nifas hallarında oruc tutmazlar. (əl-Buxari və Muslim). Daha sonra tuta bilmədikləri oruclarını qəza edirlər.

Heyz qurtarandan sonra kiçik qan ləkəsi gələrsə oruc və qüsul pozulurmu?

    30.06.2014
Sual: 
Salam.sual ucun uzr isteyirem.amma ibadetim dogru olsun deye bu sualima cavab almaliyam.men 3gun normal aybasi oluram.3gunden sonra ise qan kesilir amma 1-2gun ara sira silinerken bulasir.amma aybasi olmadigini bilirem.bele halda orucum batil olarmi ve hemcinin qusl almaq gerekermi??? Bir de deyirler dirnaqdan kicikdise oruc batil olmaz.amma boyukdurse oruc batildi ve qusl lazimdi
Cavab: 

Aleykum salam. Xeyir, qeyd etdiyiniz vəzyiyyətdə nə oruc nə də qüsl pozulmur.

Hamilə və ya uşaq əmizdirən qadın oruc tuta bilərmi?

    29.06.2014
Sual: 
Hamile qadin oruc tuta bilermi?
Cavab: 

Salam aleykum. Əgər hamilə qadının özünün və ya bətnindəki uşağının səhhəti ona oruc tutmağa maneçilik yaratmırsa, bu halda o, oruc tutmalıdır. Əgər hamilə qadın oruc tutduğu təqdirdə ona və ya uşağına zərər gəlməsindən qorxarsa, bu halda hamilə qadın oruc tutmaya bilər.

Qadının ətirlənib başqa kişilərin yanından keçməsi haqqındakı hədis səhihdirmi?

    29.06.2014
Sual: 
Eger bir qadın etir surerek başqa bir kişinin yanindan kecerse onunla zina etmis olur. Bele bir hedis varmi? Varsada sehihdirmi?
Cavab: 

Bu hədis səhihdir. Hədisdə söhbət göz zinasından gedir. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) buyurub: "Hər göz yad bir qadına baxıb göz zinası etmişdir. Bir qadın da gözəl ətirlər vurub (yad) kişilərin yanından keçsə, o da eynilə baxan kişilər kimi zina etmişdir".

Namaz qılıb hicab bağlamamaq olarmı və yuxuda ölüm mələyini görmək haqda

    24.06.2014
Sual: 
salam men eger namaz qilsam hicab baglamasam Allah meni bagisdiyar ama geyimlerim qapali olsa birdeki yuxuda ezrayil gormek neye isaredi men yuxumda gordumki azrayil meni tutmaq isteyir mende qorxudan qaciram sonra meni tutur mene baxir deyirki hele olum vaxtin deyil buraxir yanimda bir qiz variydi onu apardi yeni bu yuxu olume isare ola bilermi Allah sizden razi olsun
Cavab: 

Aleykum salam.

Pages