qadınlar

Burundan qan gəlsə oruc pozulurmu və ərin qadını oruc tutmağa qoymaması

    16.07.2014
Sual: 
salam men oyrenmek isteyirem ki oruclu ikən burundan qan gəlməsi orucu pozar.yaxud da heyat yoldasın seni oruc tutmaga qoymursa onda hər ikimizə də gunah sayılır
Cavab: 

Aleykum salam. Burundan qan gələrsə, oruc pozulmur. Orucu pozan amillərlə bağlı daha ətraflı  "Ramazan orucu"  məqaləsini oxuya bilərsiniz.

Heyz olan qadınlar oruc tutmadığı günlərin qəzasını ramazandan sonra tutmalıdırlarmı?

    13.07.2014
Sual: 
Salam.Namaz ve oruclariniz qebul olsun Inwaallah.Qadinlar hayz zamaninda tutmadiqlari oruclarin qezasini bawqa gunlerde tutmalidirlarmi?
Cavab: 

Aleykum salam. Bəli, qadınlar heyz (aybaşı) olduqları müddətdə tutmadıqları günlərin sayı qədər Ramazandan sonra oruc tutmalıdırlar: "(Oruc tutmaq) sayı müəyyən olan (bir ay) günlərdir.

Qadınla kişinin namazı arasında fərq varmı və fərz namazlarında hansı surələr oxunur?

    13.07.2014
Sual: 
salam aleykum.Qadinla kiwinin qildigi namaz arasinda ferq varmi?ve zohr,megrib,isa,sam namazlarnda hansi sureler oxunur?
Cavab: 

Aleykum salam. Qadınla kişinin qıldığı namaz formasında elə də ciddi fərq yoxdur, çünki Peyğəmbərimiz (salləllahu aleyhi va səlləm) ümumi olaraq hamı üçün buyurub ki, "Məni necə namaz qılan gördünüzsə, siz də elə namaz qılın". (əl-Buxari, 631).

Qadın azan və iqamə verməmiş namaz qıla bilərlərmi?

    12.07.2014
Sual: 
Salam aleykum. qadınlar Azan iqame oxumamış namaz qilmalidirlar bu haqda cavab yazın
Cavab: 

Aleykum salam. Qadınlar namaz üçün iqamə oxumamalıdır. Fərdi şəkildə, yaxud içlərindən birinin imamlığı ilə namaz qılması fərq etməz. Eynilə qadının azan oxuması da şəriətdə gəlməmişdir. Hədislərdə bildirildiyi kimi azan və iqamə ancaq kişilərə aiddir.  

Qaynımın yanında hicabla, lakin qısaqol köynəkdə və boyunuaçıq gəzə bilərəmmi?

    11.07.2014
Sual: 
salam.menim evde qaynim var.men hicabliyam.onun yaninda ortunmem vacibdir bilirem.lakin bele bir sualim var.mene cox isti olur men onun yaninda qisa qolu olan koynekde ve bogazi aciq lakin bas sine bagli veziyyetde sadece bogazi aciq ve qisa qolda geze bilerem?
Cavab: 
Aleykum salam. Naməhrəmlərin yanında qolları və boynu açıq gəzmək olmaz. Allah rizası üçün səbr edin və mükafatını Uca Allahdan istəyin. Allaha bunu sizə asanlaşdırması üçün dua edin. Düşünün ki, Cəhənnəmin istisi bu dünyanın istisindən qat-qat çoxdur.

Qadına ətir vurmaq qüslu pozurmu?

    05.07.2014
Sual: 
Salam Aleykum, dukanda iken terleme ucun olan andispranti koftanin qoluna biraz vurub baxdim,yeni yoxlamaq niyyetiyle cox da deyildi..bele olan halda qadinin quslu pozulmus olurmu?yeni inanmiram namehrem o iyi hissedecek derecede cox idi ama ele hedis var ki qadin etir vurduqda cenabet guslu almis kimi qusl almasa kecerli deyil namazf
Cavab: 

Aleykum salam. Ətir vurmaq qüslu pozmur. Daha ətraflı: Qüsl necə alınır və onu pozan amillər hansılardır?

Pages