qadınlar

Dırnaqdan lakı silmədən dəstəmaz almaq və zina etdikdən sonra tövbə edib ailə qurmaq haqda

    22.06.2014
Sual: 
olarmı,yəni dəstamaz alarkən lakı silməməklə.subay vaxtı zina edib sonra tobə edib ailə quran allah yolunda hər gün namaz qılan qadın bağışlanar

Rəsulullahın qaş aldıranlara lənət etməsi hədisi səhvdir?

    22.06.2014
Sual: 
As salamun aleykum ve rehmetullahi ve bereketuhu.Lenet etmek duzgun deyilse,onda Resullallahin(sallallahu aleyhi ve sellem)qash alanlara lenet etmesi hedisi sehvdir,ele deyilmi?Axi O(sallallahu aleyhi ve sellem)lenet deyil,rehmet peyqemberidir.Hem nece olur ki,bedenin tuklerini temizlemek olur,amma qashi azca da olsa almaq olmur?
Cavab: 

Aleykum salam. Peyğəmbərimiz (salallahu aleyhi və səlləm) insanları günahlardan çəkindirərək ümumi şəkildə hansısa pis işi görənləri lənətləmiş, konkret şəxsləri isə lənətləməmişdir.

Zina etdiyim insanla tövbə edib ailə qursam bağışlanarammı?

    19.06.2014
Sual: 
Salam eleykumevvelceden tesekkurler men qadinam sevdiyim insanla evlenmeden birlikde olurdq duzdu evleneceyimizi bilirdk ama yrnede gunah oldugunu bildiyimiz halda zina edrdk indi kebin kesdirib bir iki gune toyumuzdu evvelki elediyimiz gunahlar ucun nece bagislanmaq isteyek Allah bizi bagislayarmi kecmisde etdiyimiz gunahlar ucun birde lebin nece kesir yeni qadin iatrak etmelidirmu yoxsa molla ozu dua oxuyub kese bilermi kebini onuda deyimmi alileler razidi ona gorede oglan ozu tek gedib mollada kesdirib kebinin dogrusu necedi zehmet olmasa yazardiniz Allah sizden razi olsun
Cavab: 
Aleykum salam. Hər bir halda əgər hər iki tərəf bu günahdan tövbə etsələr, peşman olsalar, Uca Allahın yoluna qayıtsalar, şəriətimizdə buyurulan qanuni nikaha girə bilərlər. Uca Allah buyurur: "Ey iman gətirənlər! Allaha səmimi-qəlbdən tövbə edin.

İslama görə ərə gedən qızın vəlisi kimlər ola bilər?

    19.06.2014
Sual: 
Əssəlamu Aleykum və rəhmətullahi və bərəkətuhu. Mənim sizə belə bir sualım var.in şə Allah dolğun cavablandlrarsız.Mənim atam da yoxdur qardaşım da.mənim vəlim kim olmalıdır? vəlinin mömin və ya namaz qılan olması vacibdirmi?ümumiyyətcə kəbin və vəli haqqda ətraflı cavab verərdiz.Allah razı olsun
Cavab: 

Aleykum salam. İmran ibn Husayndan (Allah ondan razı olsun) rəvayət olunan hədisdə Peyğəmbər (salləllahu aleyhi va səlləm) demişdir: "Vəli və iki şahid olmadan nikah yoxdur". (İbn Hibban və əl-Beyhaqi).

İddənin müddəti nə qədərdir?

    16.06.2014
Sual: 
As salamun aleykum ve rehmetullahi ve bereketuhu.Idde muddeti 4 ay 10 gundurmu?Birde sehven size sual vererken Peyqemberimizin(sallallahu aleyhi ve sellem)iki qizi ile Omer ibni Xattabin evlendiyini demishdim,uzr isteyirem.
Cavab: 

Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. İddə - ailə həyatı başa çatan qadının təzədən ərə gedə bilməyi üçün gözləməli olduğu müddətə deyilir. Boşanmış qadınlar üçün iddənin (gözləmə) müddəti 3 ay (yəni, üç dəfə heyz olma), əri ölən qadınlar üçün isə 4 ay 10 gündür.

İş yerində qadınlarla söhbətləşməyim günahdırmı və cümə namazı haqqında

    16.06.2014
Sual: 
Assalamu aleykum necesiz?Qardas sualim beledir men yeni islama gelmisem men wirketde resepsinde iwleyirem demek olarki her gun insanlarla unsiyetde oluram hemde xanimlarla da danisiram hem iwimle elaqeder hemde is yoldasi kimi. Bilmey isteyiremki bu ne derecede duzdur men gunah iw gorurem yoxsa yox?Men bir iw yoldadi kimi danisiram hec bir wehvet hissinden soHbet gede bilmez.Vaxti vaxtinda ibadetimi yerine yetirirem.Birde nece cumese buraxanda insana gunah yazilir bu barede Allah razi olsun.
Cavab: 

Aleykum salam. Əlhəmdülilləh, yaxşıyıq. Zərurət olmadan naməhrəm olanlarla ünsiyyətdə olmaq olmaz. Allah Rəsulu (salləllahu aleyhi və səlləm) səhih bir hədisdə belə buyurmuşdur: "Naməhrəm kişi və qadın arasındakı söhbətdə üçüncü tərəf şeytandır". (ət-Tirmizi, 2165).

Pages