qadınlar

Hicablı xanım makiyajdan istifadə edə bilərmi?

    11.06.2014
Sual: 
Salam eleykum.suali vermezden evvel size cox tewekkur etmek isterdim.verdiyiniz cavablar insani cox rahatladir.men insAllah hicaba kecirem.men azda olsa makyajdan istifade etmesem bunu ozume kompleks edirem.azda olsa her gun makyaj cekmeliyem.amma mene dediler hicaba kecirsense qetiyyen makyajdan istifade etmemelisen.adi tuj bele cekmek olmaz.men buna dogru cavabi sizin vereceyinize eminem.ona gore tezlikle cavabinizi gozleyirem.Allah haminizdan razi olsun.sag olun
Cavab: 

Aleykum salam. Hicablı qadın məhrəmlərin yanında ürəyi istədiyi qədər makiyajdan istifadə edə bilər. Naməhrəmlərin yanında cüzi miqdarda cəlbedici olmamaq şərtilə istifadə etmək olar. Uca Allah buyurur: "Evlərinizdə qərar tutun.

Necə edim ki, başqasını sevən oğlan məni sevsin?

    10.06.2014
Sual: 
Salam aleykum. mən Namaz qilan oglan sevirəm ama o mənim onu sevdiyimi biləndə deyibki mən basqa qizi sevirəm deyib indi mən Allaha necə dua edimki? o məni sevsin həmdə mən onu Evlənmək niyəti ilə sevirəm bu haqda cavab yazIn
Cavab: 

Aleykum salam. Siz onu evlənmək niyyəti ilə sevsəniz də, o sizi sevmir. Ona görə də bu cür sevgidən qaçmaq lazımdır, çünki bu sonra sizə iztirab verə bilər. Uca Allaha dua edərək ondan daha xeyirlisini sizin qarşınıza çıxarmağını istəyin. Həmçinin "sevgi duası" adlanan xüsusi bir dua yoxdur.

Cəhənnəmdə qadınların saçının hər teli bir ilan olub qadının üzündən niyə sancacaq?

    10.06.2014
Sual: 
Salam aleykum. niyə Cəhənnəmdə qadInlarIn sacInIn bir teli bir ilan olub qadInIn uzundən sancacaq və o qadInlarIn belə olmasInIn gunahI nə idiki? bu haqda cavab. yazIn
Cavab: 

Aleykum salam. Allah Rəsulu (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Cəhənnəmdəki qadının saçının bir teli, bir ilan olub, hərəsi bir dəfə qadının üzündən sancacaq!" (Hədis səhihdir).

Hicabı açmaq günahdırmı?

    07.06.2014
Sual: 
Salam aleykum. sizə bir sualIm var Hircabdan vazkecmək gunahdIr? mən istiyirəm hircabI atIm kucəyə bir yerə gedəndə hircab taxiram ama hircabsIz qizlar gorəndə istiyirəm məndə hircab taxmIyIm sizcə belə etsəm gunah qazanaram? ama ozum HircablIyam sizcə HircabsIz qiz və yaxudda qadIn Namaz qilib Hircab taxmasa Cənnətə dusə bilər?
Cavab: 

Aleykum salam. Hicab Uca Allahın qadınlara əmridir: "Evlərinizdə qərar tutun. İlkin Cahiliyyat dövründəki kimi açıq-saçıq olmayın.

Əmi və dayı məhrəm sayılırmı və digər suallar

    07.06.2014
Sual: 
Salam aleykum.1.Emi ve dayi mehrem sayilirmi?2.Men sehven dostuma verdiyim vedi pozmusham,ona sirrini hechkime vermeyeceyine dair and ichmishdim.Diger bir dostuma bu haqda dedim,amma inanin Allaha unutmushdum andimi.O zamandan beri ozumu chox pis hiss edirem,ozumu gunahkar sayiram.Yadima axiet dushur,emel defterimde bunun qeyd olunacaqi fikri gelir.Men ne ede bilerem?Gunahimi nece yuyum?3.Eger valideynlerim hicab baqlamaqima icaze vermirlerse,onlarin razilashacaqi ani sebr ederek gozleyiremse o zaman Allah qarshisinda yene de gunahkar sayilarammi?5.Bu suallari cavablayanlar icherisinde qadinla
Cavab: 

Aleykum salam.
1) Birinci sualın cavabını ətraflı şəkildə buradan oxuyun: Əmi və dayı qadın üçün məhrəm sayılırmı?

Kimlərin yanında hicabı açmaq olar? (Məhrəm və naməhrəm kimlərdir?)

    01.06.2014
Sual: 
Salam aleykum. sizə sualIm budurki kimlərin yanInda HicabsIz gəzmək olar?
Cavab: 

Aleykum salam. Qadına məhrəmlərin (həmin qadınla evlənməsi qadağan olanların) yanında hicabı açmağa icazə verilir. Qadın məhrəmlərin yanında başı, boynu, dirsəyinə qə­dər qolları, dizinə qədər ayaqları açıq gəzə bilər. Ər üçün isə heç bir məhdudiyyət yoxdur.

Pages