qadınlar

Cümə günü məsciddə insanlarla bərabər qılınan namaz camaat namazı sayılırmı?

    02.05.2014
Sual: 
Salam aleykum ve her vaxtiniz xeyirli olsun. Bir sheyi oyrenmek isterdim. Men bezen cume gunleri zohr ve esr namazlarini qilmaq uchun mecide gedirem. Orada namazimi hami ile birge camaat halinda qiliram. Bu camaat namazi sayilirmi?
Cavab: 

Aleykum salam. Sizin qeyd etdiyiniz şəkildə qıldığınız namaz camaat namazından hesab olunur. Camaat namazı haqqında bu linkləri də oxuya bilərsiniz:
Camaat namazı necə qılınır?

Hamilə vaxtı qanaxma baş verdikdə namazları qəzaya saxlamaq lazımdırmı?

    30.04.2014
Sual: 
Salam aleykum. Bele bir sual vereceyim uchun onceden uzr isteyirem. Amma bu suali vermeye mecburam. Bilmek isteyirem ki, eger hamileliyin 4-cu ayinda qanaxma bashlayarsa, amma ushağa heç bir shey olmayib. İndi hekim nezareti altindayam. İndi nece etmeliyem, bu zaman namaz qilmaliyami, yoxsa qezaya saxlanmalidir? İndiden teshekkur edirem. Allah sizden razi olsun. Mumkundurse tez bir zamanda sulami cavablandirardiniz.
Cavab: 

Aleykum salam. Namazları qəzaya saxlamağa gərək yoxdur. Bacardığınız şəkildə namazlarınızı qılmağa davam edin. Allah Təala buyurur: "...Allahdan bacardığınız qədər qorxun...". (ət Təğabun, 16). 
Allah köməyiniz olsun!

Hamiləliyin neçə ayında və ya neçənci günündə uşağı salmaq olar?

    30.04.2014
Sual: 
Salam aleykum. İslamda hamileliyi can gelmemiş neche ayinda ve ya hamileliyin nechenci gununde salmaq olar? Amma günah olmasin. Teshekkur edirem.
Cavab: 

Aleykum salam. Uşağı salmaq günahdır. Əgər hamiləlik qadının sağlamlığına zərər verərsə, yalnız bu zaman salmağa icazə verilir. Digər heç bir halda buna icazə yoxdur.  

Zəruri halda kişi həkim, qadını müayinə edə bilərmi?

    30.04.2014
Sual: 
Əssələmu aleykum. Ehli beyt severler xahiş edirem mene deyin hicabli qadin hekim de olanda meselen uzide kishi hekim baxir mecbur olub daxil oluram bu hal gunahdirmi? Ya da doguş zamani kishi hekim mecburen ishtirak edirse bu hal nece? Duzdur o meni xeste kimi qebul edir. Men de hekim kimi amma islamda bu nece qebul olunur? İranda olanda kishi hekim qadina uzide baxir. Duzbagirsaga da baxir. Hetta ginekoloq kimi de hekim baxir. Men hemishe chalishiram ki, qadin hekime daxil olum, ele olur ki, hekim chox savadli olduguna gore kishiye muraciet edirik.
Cavab: 

Aleykum salam. Əgər buna zərurət yaranarsa, kişi həkim qadını müayinə edə bilər. Etibarlı, təcrübəli qadın həkim olduğu halda kişi həkimin yanına getmək olmaz.

Abort etmək düzgündürmü?

    29.04.2014
Sual: 
Salam aleykum. Men bir sheyi bilmek isteyirem. Abort etmek duzgun bir sheydirmi? Allahin sene bexş etdiyi övladi sen nece onu canindan qoparda bilersen? Men bu sheyle razilashmiram. Onun cezasi chox böyükdürmü? Bunu edenleri ne gozleyir? Teshekkur edirem.
Cavab: 

Aleykum salam. Əgər qadın uşağı dünyaya gətirə bilməzsə və onun sağlamlığı üçün təhlükə yaranarsa, abort etməyə icazə verilir. Digər hallarda isə abort etmək günahdır.

Qadın hamilə olarkən əri ilə cinsi əlaqəyə girə bilərmi?

    27.04.2014
Sual: 
Salam aleykum. Bilmek isteyirem ki, qadin hamile olarsa, erinin onunla cinsi elaqede olmasi dinimize gore gunah sayilirmi? Eger gunah sayilirsa, 9 ay er zina etmemek uchun ne etmelidir?
Cavab: 

Aleykum salam. Xeyr, günah sayılmır. Hamilə vaxtı cinsi əlaqədə olmaq şəriətimizdə icazəlidir, lakin yaxşı olar ki, həkimlə məsləhət edəsiniz. Ola bilsin ki, hansısa aylarda ehtiyat edilməsi daha yaxşıdır.

Abortdan neçə gün sonra namazlarımı qılmağa başlamalıyam?

    19.04.2014
Sual: 
Salam aleykum. Abort edenden sonra namazimi nece qilim? Yeni qezasi varmi? Abort olanda 10 gun qan gelib. 10 gun erzinde de namazimi qila bilmemishem. Qezasi varmi?
Cavab: 

Aleykum salam. Ananın həyatına ciddi təhlükə olan hallar istisna olmaqla abort etdirmək böyük günahlardandır. Əgər abort hamiləliyin 81 günündən sonra olubsa, bu zaman qan nifas qanı sayılır və bu nifas qanı qurtarana qədər namaz qılınmır. Nifas müddəti ən çox qırx gün olur.

Qaşlar qalın olduğuna görə qaşları bir az almaq günahdır?

    15.04.2014
Sual: 
Salam aleykum. Menim 16 yashim var ve gunde beş vaxt namaz qiliram. Size bir sualIm var. Qaş almaq gunahdirmi? Menim qashlarim chox qalindir. Lap oglana oxshayiram. Bir az qashimin ustunden gotursem gunah qazanmaramki? Xahiş edirem ki, cavab yazasiz. Allah size yar olsun! Amin!
Cavab: 

Aleykum salam. Qaşları aldırmaq günahdır. Lakin əgər həddən artıq çoxdursa və görünüşə xələl gətirirsə, bu halda qaşları bir az götürərək düzəltməyə icazə verilir. 

İrana getməyimə görə hicab bağlamağım vacibdir?

    14.04.2014
Sual: 
Salam aleykum. Men size sualim var. Men bu yaxinlarda inshallah İrana getmek isteyirem. Eger konkret deqiq getmeli olsam, bashimi baglamaq vacibdir? Xahiş edirem sualimi tez bir zamanda cavablandirin. Allah size komek olsun!
Cavab: 

Aleykum salam. Hicab bağlamaq hər bir müsəlman qadına vacibdir. Yəni, hicab bağlamaq qadının təkcə hansısa ölkəyə getməsi ilə əlaqədar olmamalıdır. Bu onun daimi halı olmalıdır. Allah Təala buyurur: "Ey Peyğəmbər!

İslamda kişinin qadına əl qaldırması düzgündürmü?

    13.04.2014
Sual: 
Salam aleykum. Menim size sualim var. İslamda kishinin qadina el qaldirmasi duzgundurmu? Menim atam neche defelerle anama el qaldirib ve kishi qadina el qaldirmaqla ne qeder gunah qazanir? Xahiş edirem ki, sualimi tez bir zamanda cavablandirasiz. Allah sizlerden razi olsun.
Cavab: 

Aleykum salam. Sualınızın cavabını buradan oxuyun: Dinimizə görə qadını döymək günahdırmı?

Pages