qadınlar

Qadın hansı hallarda bəzənsə, günah daşıya bilər?

    21.03.2014
Sual: 
Salam aleykum. Size sualim var. Evli qadin erine gore bezenir, heç bir gunah qazanmir. Bes subay qadinlar bezenende gunah sayilir? Əgər günah sayılırsa, bunlarin ne ferqi var? Misaı üçün men subayam ozum üçün bezenirem, amma namehrem kishilerin diqqetini celb etmek fikirinde bezenmirem. Buda gunah sayilir? Eger gunah sayilirsa, bes onda nece bezenmek olar? Allah sizi cennetle mukafatlandirsin! Amin! Amin! Amin!
Cavab: 

Aleykum salam. Qadın yalnız öz əri üçün bəzənməlidir. Əgər subaydırsa, özü üçün də bəzənə bilər. Sadəcə qadın başqalarına naməhrəm olduğu üçün şəriət qadınların yad nəzərdən qorunması üçün örtülməsini əmr edir.

Qadın kişi müəllimdən Quran oxumağı öyrənə bilərmi?

    18.03.2014
Sual: 
Salam aleykum. Men Qurani Kerimi oxumağı oyrenmek istryirem. Amma onu mene öyreden yoxdur. Men gedib onu kişi müəllimden öyrene bileremmi? Olar bele etmək?
Cavab: 

Aleykum salam. İslam dininə görə qadına, qadın müəllimə, kişiyə də kişi müəllim öyrətməlidir. Bir halda öyrənə bilərsiniz ki, o da əgər kişi sizin məhrəminiz olsun. Məsələn, qardaşınız, əminiz, dayınız və s. Amma naməhrəm olan kişi sizə Quran öyrədə bilməz.

Əgər din asandırsa, niyə hər dəfə dəstəmaz aldıqda dırnaqdan lak silinməlidir?

    18.03.2014
Sual: 
Salam aleykum. Sizin cavablarda oxudum ki, siz deyirsiz ki, her detstemaz alanda dirnaqda lak temizlenmelidir. Bir terefden de deyirsiiniz ki, hedisler var Allah sizi chetinliye salmaq istemez, eksine sizin üçün asanlaşdırır. Nece olur ki, her defe ayaq yumaq vacib deyil, mesh etmek de olarsa, amma her destemaz alanda dirnaqda boya silinmelidir? Bes, meyer bu chetinlik deyil qadinlar üçün? Tesevvur edin gunde 5 defe namaz, her defe boya temizle, yeniden lak cek. Men bashqa yerde oxumusham ki, dirnaqda lakla da destemaz qebuldur.
Cavab: 

Aleykum salam. Dəstəmaz aldıqda suyun dəstəmaz yerlərinə, həmçinin, dırnaqlara da çatması vacibdir. Lakin lak dırnaqların üzərində müəyyən bir təbəqə yaradan və suyun dırnaqlara keçməsinin qarşısını alan bir maddə olduğuna görə dəstəmazdan əvvəl silinməlidir. İslam dini asan dindir.

Keçmiş illərin qəzalarını qılmaq və "vacibən qürbətən illəllah" demək haqda...

    18.03.2014
Sual: 
Salam aleykum. Zehmet olmasa ətraflı cavablandirardiz. 1) Men 1 aydir ki, namaz qilmaga bashlmisham. 30 yashim var. Üzerimde 17 ilin qezasi var. Yeni qilmadigim namazlar. Onlari nece qilmaliyam? Her gun qildigim namazlara elave olaraq qezalardan da qilmaga chalishiram. Amma bezen vaxt ve imkan olmur, hem de sanki yoruluram. İllerin qezasini qisaldib qilmaq rahat bir qayda varmi? Bir de bu qezalari qiliramsa, nafile namazlari qilmaya bilerem? Nafile namazlari qezalari evez ede biler? 2) Əl və ayaq dirnaqlarında lak boyası olduqda destemaz almaq duzgundurmu?
Cavab: 

Aleykum salam. Suallarınızın cavablarını buradan oxuya bilərsiz:
1. Neçə il qəza namazlarım var
Keçmiş illərin qəza namazları qılnmalıdır?

Cənnət əhli namaz qılacaqmı və oradakı qadınlar hicab bağlayacaqlarmı?

    15.03.2014
Sual: 
Salam aleykum. 1) Cennet ehli namaz qilacaqmi? 2) Cennetdeki qadinlar hicablarina riayet edeceklermi? Allah razi olsun.
Cavab: 

Aleykum salam. Cənnət əhli namaz qılmayacaq, oradakı qadınların hicabda olub-olmaması ilə bağlı isə şəriətdə dəqiq məlumat verilməyib. İbadətin bütün növləri bu dünyada Uca Allahın rəhməti sayəsində Onun rizasını və cənnəti qazanmaq üçün buyurulmuşdur.

Üç müxtəlif sual

    13.03.2014
Sual: 
Salam aleykum. Her vaxtiniz xeyirli olsun. 1. Secde ederken alinla birge sifetin hansi hissesi yere deymelididr? 2. Gecə namazlari qilinanda bashlangicda ne deyilmelidir? 3. Chox uzr isteyirem, eger cinsi yaxinligdan sonra men qusl aliram, yoldashim ise yox, bu zaman sadece mene deyerse, menim quslum pozulmuş olurmu? Evvelceden oz teshekkurlerimi bildirirem. Allah sizlerden razi olsun. Chox gozel ve deyerli saytdir.
Cavab: 

Aleykum salam.
1. Səcdə edərkən, alınla birgə burun da yerə qoyulmalıdır. Bu barədə Peyğəmbərimizin (salləllahu aleyhi va səlləm) hədisləri vardır. Peyğəmbərimiz (salləhu aleyhi və səlləm) buyurur: "Mənə yeddi əzanın üzərinə səcdə etmək əmr olundu".

Pages