Ərim spirtli içki içirsə, onunla yaşamağım günahdırmı?
Sual:
Es salamu aleykum.Menim erim içki içir,mennen maraqlanmir.Amma namaz qilir.Mene erimle yaşamaqa qünah düşür?
Cavab:
Və aleykum Salam. Sizin onunla yaşamağınız günah deyil, amma bacardığınız qədər onu bu böyük günahdan çəkindirməyə çalışmalısınız. Uca Allah buyurur: "Hər kəsin qazandığı günah yalnız öz əleyhinədir". (əl-Ənam, 164).