Surə ilə ayə eyni şeydir, yoxsa fərqli?
Aleykum salam. Surə və ayə fərqli şeylərdir. Qurani-Kərim 114 surədən ibarətdir, hər surə isə öz növbəsində ayələrdən ibarətdir. Surələrin daxilində ayələr nömrələnir. Ümumilikdə Quranda 6236 ayə var. Ən böyük Bəqərə surəsində 286, ən kiçik Kövsər surəsində isə 3 ayə var.