quran

Dəstəmazsız halda Quranı və Azərbaycanca tərcüməsini oxumaq olarmı?

    31.07.2014
Sual: 
Salamun aleykum, Qurani ereb dilinde ve Azerbaycan dilinde destnamazsiz oxumaq olar ? Onceden tesekkurler. Allah razi olsun!
Cavab: 

Aleykum salam. Dəstəmazsız halda istər Qurani Kərimin özünü, istərsə də Azərbaycanca tərcüməsini oxumaq olar. Lakin dəstəmazlı halda oxumaq daha yaxşıdır. 

Namazda qiyamda oxunan surələrin ardıcıllığı zəruridirmi?

    26.07.2014
Sual: 
Salamun aleykum, qiyamda deyilen surelerin ardicilligi onemlidirmi? Men Fatihe, Kovser, Feleq, Nas , Ixlas surelerini bu cur ardicilligla deyirem. Duzdur?
Cavab: 

Va aleykum salam. Namazda zəruri olan, əvvəlcə Fatihə surəsini oxumaqdır. Daha sonra digər surələri istədiyiniz ardıcıllıqla oxuya bilərsiniz. Buna dəlil aşağıdakı hədisdir: Rəvayət edilir ki, Huzeyfə demişdir: “Mən Allah Elçisi ilə birlikdə gecə namazını qılırdım.

Qadınla kişinin namazı arasında fərq varmı və fərz namazlarında hansı surələr oxunur?

    13.07.2014
Sual: 
salam aleykum.Qadinla kiwinin qildigi namaz arasinda ferq varmi?ve zohr,megrib,isa,sam namazlarnda hansi sureler oxunur?
Cavab: 

Aleykum salam. Qadınla kişinin qıldığı namaz formasında elə də ciddi fərq yoxdur, çünki Peyğəmbərimiz (salləllahu aleyhi va səlləm) ümumi olaraq hamı üçün buyurub ki, "Məni necə namaz qılan gördünüzsə, siz də elə namaz qılın". (əl-Buxari, 631).

Surə ilə ayə eyni şeydir, yoxsa fərqli?

    07.07.2014
Sual: 
Salam bulmek isterdim süre ilee aye birdi yoxsa eynidi bid sürelerin mensaı olur olursa nece oxuya bilerem
Cavab: 

Aleykum salam. Surə və ayə fərqli şeylərdir. Qurani-Kərim 114 surədən ibarətdir, hər surə isə öz növbəsində ayələrdən ibarətdir. Surələrin daxilində ayələr nömrələnir. Ümumilikdə Quranda 6236 ayə var. Ən böyük Bəqərə surəsində 286, ən kiçik Kövsər surəsində isə 3 ayə var.

Pages