təmizlənmə

Cənabət qüslü alarkən qəlbdən heyz qüslü niyyəti keçərsə qüsl doğru sayılırmı?

    10.11.2022
Sual: 
Salam Mən qusl alan zaman deyirəm, məsələn heyz qusulu alıram qurbətən illahlah amma mənim aglimdan cənabet keçir. Cənabət qusulu alan zamanda heyz. mən hansina niyət etsəm su tökən zaman ağlimdan əksi keçir bu qusulu pozur?
Cavab: 

Va aleykum Salam. Qüsl aldıqda niyyəti dil ilə deməyə ehtiyac yoxdur, çünki niyyətin yeri qəlbdir. Bu cavabları oxuyun:

Heyzdən beş gün əvvəl gələn qəhvəyi axıntı heyz sayılırmı?

    24.10.2022
Sual: 
Salam. Mən bilmək istərdim biliremki məs. her hansı ayin 25-i heyz olacaq, lakin 20-den baslayaraq az-az qehveyi rengde 5-4 gun erzinde bulasir nese? Sonra baslayir adet 7-6 gun davam edir. Bele halda umumi 11 12 gun davam eden heyz sayilir? və ya evvelde olan 4-5 gun olan az bulasmada Namaz ve ya oruca davam etmeliyik ya yox.Onceden təşəkkür edirem. Mənim üçün çox önəmlidi çünki caresiz qaliram nece edeceyimi bilmirem bele halda.
Cavab: 

Va aleykum Salam. Əgər qəhvəyi axıntı heyz adətindən (adət vaxtından) az əvvəl gələrsə və heyz ağrıları hiss olunarsa, bunan sonra heyz qanı gələrsə, bu qəhvəyi axıntı da heyzdən hesab olunur. Əgər heyz adətindən çox əvvəl gələrsə və heyz ağrıları olmazsa, bu axıntılar heyzdən sayılmır.

Heyz bitdikdən beş gün sonra gələn az miqdarda qan heyz sayılırmı?

    22.07.2022
Sual: 
Salam.Üzr istiyirem menim bir yaxınım var ve 5 gün aybaşı olub 1 hefte aradan sonra az az yene qan gelmeye başlayıb.Bu onun orucunu pozurmu?Bir neçe adamdan soruşub lakin suali cavabsiz qalıb.Zehmet olmasa cavablayardiniz tez bir zamanda
Cavab: 

Va aleykum Salam. Təmizləndikdən sonra qadından gələn az miqdarda qan və ya qəhvəyi axıntı heyz sayılmır. Qadın bu qana və ya axıntıya fikir verməyib hər namaz üçün yuyunmalı və namazlarını qılmalıdır, həmçinin orucunu tutmalıdır. Ətrafı oxuyun:

Övrət yerindən gələn az miqdarda maye qüslü pozurmu?

    18.07.2022
Sual: 
Salam Aleykum. Bəzən elə olur ki 1 damcı sperma çıxır (cinsi əlaqədə olmadan). Paltara bədənə dəymir, bu halda qüsl almaq yenedə vacibdir? Bəzən yolda olanda olur bu hal ve yaxud evdə su gəlmir çətinlik olur, bu halda yenədə qüsl almaq vacibdirmi?
Cavab: 

Va aleykum Salam. Övrət yerindən az miqdarda, ehtiras olmadan gələn yapışqan maye sperma deyil, bu məzidir və buna görə qüsl alınmır. Məzi gələrkən sadəcə övrət yerini yumaq və dəstəmaz almaq kifayətdir. Ətraflı oxuyun:

Məni (sperma) dəyən paltarda namaz qımaq olarmı?

    11.07.2022
Sual: 
Meni tokulen paltarla subh namazi qilmag olarmi? Eger yuyunmag yeni yuyunmaga serait olmassa
Cavab: 
Əssələmu aleykum. Məni (sperma) özü-özlüyündə nəcis (murdar) sayılmır, lakin natəmizlik sayıldığına görə yaş olarsa dəydiyi yeri yumaq daha yaxşıdır. Əgər məni düşən paltarı yumağa şərairt olmazsa, ən azından məni dəyən yeri su ilə yaxalamaq lazımdır.

Sidiyini saxlaya bilməyən insan bu halda dua edə bilərmi?

    11.07.2022
Sual: 
Selam aleyküm. Bir qadın yerini isladırsa, həmin bacı yerində islanmış halda dua edə bilərmi?
Cavab: 

Va aleykum Salam. Əgər insan xəstəlik səbəbindən sidiyini saxlaya bilmirsə bu halda o, hər namaz vaxtı üçün dəstəmaz alır və bundan sonra növbəti namazın vaxtı girənə qədər paltarına və ya yatağına bulaşmış sidik onun üçün üzürlü sayılır, bu halda dua edib namaz qıla bilər. Həmçinin oxuyun:

Pages