Heyz olduğunu zənn edib namazları üç gün qılmayan qadın bu namazları qəza etməlidirmi?
Əssələmu aleykum. Əvvəla bunu qeyd edək ki, qadından gələn hər axıntı və ya qan heyz (aybaşı) sayılmır. Heyzin (aybaşının) müəyyən vaxtları və əlamətləri olur. Heyz vaxtından kənar digər vaxtlarda gələn qan və ya axıntı adətən xəstəlik səbəbindən olur. Bu hala "istihazə" deyilir.