təmizlənmə

Qadın yaxın qohumlarının evində çimə bilərmi?

    08.07.2022
Sual: 
as-Salam aleykum. Qadın ərinin tikdirdiyi, lakin ərinin qardaşının ailəsi yaşayan evdə və ya əmisi, dayısı, babası, qohumlarının evində qüsl ala bilər?
Cavab: 

Va aleykum Salam. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) qadınlara öz evindən başqa evlərdə paltarını soyunmağı və ya çimməyi qadağan edərək demişdir: "Hər hansı bir qadın paltatını öz evindən başqa bir yerdə soyunarsa, özüylə Allah arasında olan örtüyü yırtmış olar".

Yel çıxdıqda yuyunmaq vacibdirmi?

    02.05.2022
Sual: 
Selamün Aleyküm. Evvela yaratdığınız bu gözel sayta gore cox sagolun. İnsanlara bu sayt vasitesile cox komek edirsiniz. Allah elminize bereket versin İnsAllah. Amin. Menim sualim beledir ki, destemazi pozan amillerden biri qaz cixmasidir ele deyilmi ve bundan sonra yeniden destemaz almaq lazimdir. Bes destemazdan qabaq qaz cixan yeride su ile yumaq lazimdirmi ?? Necis gelmir, necis geldikde bilirik ki, orani su ile yumaq temizlemek şertdir. Bunu bilirem sadeece olaraq qaz geldikdede su ile yumaq lazimdirmi ?? Yoxsa su ile yumuyub destemaz alsaqda olarmi ?? Önceden teşekkürümü bildirirem.
Cavab: 

Va aleykum Salam. Qaz çıxdıqdan sonra qaz çıxan yeri yumaq şərt deyil, sadəcə, dəstəmaz almaq kifayətdir. Ətraflı oxuyun: Yel çıxması ilə dəstəmaz pozulduqda alt paltarını dəyişməyə ehtiyac varmı?

Cinsi əlaqədən sonra qüsl etmədən dəstəmaz almaqla namaz qılmaq olarmı?

    02.05.2022
Sual: 
Salam uzr isteyirem qadin ve ya kiwi ferq etmez axwam namazindan sonra yoldawi ile yaxinliq edib subh namazinin çimmeden destemazini alib namaz qilsa gunahdirmir?? Yoxsa yaxinliqdan sonra çimib destemaz almaq lazimdir?? xahiw deyinde
Cavab: 

Va aleykum Salam. Cinsi əlaqədən sonra qüsl etmək vacibdir və bu halda qüsl etmədən sadəcə dəstəmaz almaqla qılınan namaz batildir. Ətraflı oxuyun:

Burunun bir tərəfinə su getməsə dəstəmaz sayılırmı?

    02.05.2022
Sual: 
Salam aleykum destemaz alanda burunu vir terefine su getmese destamaz satilirmi?mende gunde burun tutuq olur bir terefi qrip formada bir twrefe gedir su bir terefe getmir. Deyirler barmaqla hemin hisseni islada bilerem bu duzgundu?
Cavab: 

Va aleykum Salam. Dəsətəmaz alanda buruna su almaq vacibdir və buruna su almaq üzü yumaqdan sayılır. Əgər burunun bir tərəfi tutulubsa, dəstəmaz alarkən bacardığınız qədər buruna su alın. Suyun burunun dərinliyinə çatması şərt deyil. Əgər bir dəliyə su az girərsə, bu üzürlü sayılır.

Qüsl aldıqdan sonra övrət yerində məni qalarsa yenidən qüsl almaq lazımdırmı?

    01.05.2022
Sual: 
Əssələmu aleykum. Cənabət qüslü alıb qurtardıqdan sonra namazı qıldım və ayaqyoluna gedəndə gördüm ki üzr isdiyirəm cinsiyyət üzvümün üsdündə bir balaca məni quruyub qalıb, çox güman ki qüsl alanda tam fikir verməmişəm ama cinsiyyət üzvümü yumuşdum. Mən yenidən cənabət qüslü etməliyəm? CəzəkəAllahu xayran
Cavab: 

Va aleykum Salam. Yenidən qüsl almağa və namazı təkrar qılmağa ehtiyac yoxdur. Sadəcə cinsiyyət üzvünü yuyun və növbəti namazlar üçün dəstəmaz alın. Həmçinin oxuyun:

Cinsi yaxınlıqdan həzz almayana qüsl etmək vacibdirmi?

    01.05.2022
Sual: 
Salam.yoldasimla munasibetdeyken cox zaman hezz almiram ve o isteyir deye munasibetde oluram.cox az yapiskan su kimi bir sey olur.daha etrafli yaza bilmerem amma men qüslümün pozulmadigini düşünürəm.namaz üçün qüsl almaliyam bele olduqda? Teyemmum etdim bir nece defe her gün duş almamaq üçün.sonra birden yanlis ederem dusunurem cavablayardiz zehmet olmasa.etikadan kenar sual verdiyim üçün üzr isteyirem.
Cavab: 

Va aleykum Salam. Tərəflərdən biri həzz almasa və ya sperma gəlmiş olmasa belə, cinsi əlaqədən sonra qüsl almaq vacibdir. Əgər xəstəlik səbəbindən qüsl almaq mümkün olmasa, və ya qüsl etmək xəstələnməyə səbəb olacaqsa, bu halda təyəmmüm etmək icazəlidir. Ətraflı oxuyun:

Məzi və məni necə fərqləndirilir?

    01.05.2022
Sual: 
Əssələmu aleykum . Bu suala görə üzr istəyirəm . Yuxuda olarkən alt geyiminin bulaşarsa məni ilə məzi olduğunu necə bilmək olar ?
Cavab: 

Va aleykum Salam. Məzi spermadan əvvəl gəlir və az miqdarda şirəli rəngsiz mayedir. Məzinin çıxması qüslü vacib etmir. Sperma (məni) isə qatı, çox miqdarda, sürətlə çıxan mayedir. Sperma çıxdıqdan sonra insan boşalır və ehtirası sona çatır.

Qüsl almadan uşağa süd vermək olarmı?

    29.04.2022
Sual: 
Salam menim 2 aylıq körpem var ve 2 aydır yoldaşımla elaqede ola bilmirik körpəm geceleri yatmır qüsulda almaq heç cüre mümkün deyil ailede çoxuq qüzullu qalmaq günahdır? ve qüsullu iken uşağa süd vermek olar?
Cavab: 
Va aleykum Salam. Qüsl almadan uşaq əmizdirməyi qadağan edən hökm yoxdur. Dinimiz qüsl almaq mümkün olmadığı təqdirdə təyəmmüm etməyi buyurmuşdur.

Pages