təmizlənmə

İt saxlanılan evə qonaq getmək və bu evdə namaz qılmaq olarmı?

    28.04.2022
Sual: 
Salam aleykum. Əger bizi qohumlarımız qonaq çağırıblarsa, amma evlərində it var, o eve getmek olar? Orda namaz qılmaq olar? İti başqa otağa salıblarsa, axı biz bilmirik biz namaz qılan yerdə və ya oturduğumuz yerdə o it olub ya olmayib, zəhmət olmasa bu barədə məlumat verərdiz.
Cavab: 

Va aleykum Salam. İt saxlanılan evə getmək qadağan olmasa da, müsəlman özünü itin ağız suyuna bulaşmaqdan qorumalıdır. Namaza gəlincə əgər namaz qıldığınız yerə itin nəcisi, sidiyi və ya ağız suyu dəyməyibsə, bu yerdə namaz qıla bilərsiniz.

Sübh namazının çıxmağına az qalmış yuxudan oyanan təyəmmüm edib namaz qıla bilərmi?

    28.04.2022
Sual: 
as-Salamu aleykum. Sübh namazına oyandıqda görürsən ki, 5 dəqiqəyə vaxtı çıxacaq, dəstəmaz alsam gecikəcəm, təyəmmüm almaq olar elə anda?
Cavab: 

Va aleykum Salam. Belə vəziyyətdə namazın vaxtı çıxmış olsa belə dəstəmaz almalısınız. Belə halda təyəmmüm etmək olmaz. Həmçinin oxuyun:

Sidiyini yatağına bulaşdıran xəstə həmin yataqda uzanaraq namaz qıla bilərmi?

    28.04.2022
Sual: 
Salam aleykum. Xəstəlik səbəbilə yatdığı yerə sidik çıxaran insan nyatdığı yerdə dua edə bilərmi? Həmin yerdə uzandığı halda namaz qıla bilər?
Cavab: 
Va aleykum Salam. Əgər insan xəstəlik səbəbindən sidiyini saxlaya bilmirsə bu halda o, hər namaz vaxtı üçün dəstəmaz alır və bundan sonra növbəti namazın vaxtı girənə qədər paltarına və ya yatağına bulaşmış sidik onun üçün üzürlü sayılır, bu halda dua edib namaz qıla bilər.

Xəstəliyə görə ayaqlarını yuya bilməyən şəxsin həyat yoldaşı onun ayaqlarını yuya bilərmi?

    28.04.2022
Sual: 
Salam aleykum. Xəstələndikdə dəstəmaz aldıqda əyilib ayaq yumaq çətindirsə, kişinin yoldaşı əəri dəstəmaz alanda onun ayağını yuya bilər?
Cavab: 

Va aleykum salam. Bəli, həyat yoldaşı dəstəmaz almağa çətinlik çəkən şəxsin ayaqlarını yuya bilər və buna görə savab qazanır. Həmçinin, oxuyun:  Xəstə insan necə dəstəmaz alıb namaz qılmalıdır? 

Buruna su almadan edilən qüsl sayılırmı?

    24.02.2022
Sual: 
Men qusül alanda burnumu yumaq isteyende burnuma su ala bilmedim biraz soyuq deyme olmuşdu burnum tutulmusdu ona gorede burnuma ümumiyyetle su ala bilmedim indi menim aldığım qüsl düzgün hesab olunurmu ?
Cavab: 

Əssələmu aleykum. Dəstəmaz və qüsl alarkən ağıza və buruna su almaq vacibdir və bu əməl üzü yumaqdan sayılır. Buruna su alarkən suyu burunun dərinliklərə çəkmək şərt deyil.

Pages