təmizlənmə

Xəstəliyə görə ayaqlarını yuya bilməyən şəxsin həyat yoldaşı onun ayaqlarını yuya bilərmi?

    28.04.2022
Sual: 
Salam aleykum. Xəstələndikdə dəstəmaz aldıqda əyilib ayaq yumaq çətindirsə, kişinin yoldaşı əəri dəstəmaz alanda onun ayağını yuya bilər?
Cavab: 

Va aleykum salam. Bəli, həyat yoldaşı dəstəmaz almağa çətinlik çəkən şəxsin ayaqlarını yuya bilər və buna görə savab qazanır. Həmçinin, oxuyun:  Xəstə insan necə dəstəmaz alıb namaz qılmalıdır? 

Buruna su almadan edilən qüsl sayılırmı?

    24.02.2022
Sual: 
Men qusül alanda burnumu yumaq isteyende burnuma su ala bilmedim biraz soyuq deyme olmuşdu burnum tutulmusdu ona gorede burnuma ümumiyyetle su ala bilmedim indi menim aldığım qüsl düzgün hesab olunurmu ?
Cavab: 

Əssələmu aleykum. Dəstəmaz və qüsl alarkən ağıza və buruna su almaq vacibdir və bu əməl üzü yumaqdan sayılır. Buruna su alarkən suyu burunun dərinliklərə çəkmək şərt deyil.

Qaynaq edilmiş saçla qüsl etmək olarmı?

    22.02.2022
Sual: 
Salam. Sizə sualım var. Zəhmət olmasa cavablandıra bilərsiniz? Öncədən təşəkkürlər.1)Mən namaza başlamaq istəyirəm. Bunun üçün qüsl almalıyam amma saçımda qaynaq var. Lakin qaynaqlar saçımın dibindən qoyulmayıb su bütün saç diblərinə dəyir ancaq qaynaq qoyulan dəmirin altına mən bildiyim qədər ilə su keçmir. Yəni azda olsa həmin dəmirin altında qalan saçlarım islanmır. Bilmək istəyirdim ki belə yəni saçımda qaynaqlar varkən aldığım qüsl sayılır?
Cavab: 

Va aleykum Salam.

Əvvəla bunu qeyd edək ki, dinimiz saç qaynaq etməyi qadağan edir. Bu barədə ətraflı oxuyun: Kiprik qaynaq etdirmək dəstəmaza maneə olurmu?

Şəhvət hissindən sonra övrət yerindən gələn rəngsiz yapışqan maye qüslü pozurmu?

    22.02.2022
Sual: 
Uca Allahın salamı olsun! Sual: eger şehvetli, cinsi elaqede olan qadınla kişi şekillerine ve ya videolarına baxdıqdan sonra kişinin cinsi orqanından şehvetle, amma tezyiq olmadan şeffaf, qoxusuz ve selikli maye gelerse, qüsl vacib olurmu? Zehmet olmasa cavablayarsınız.
Cavab: 

Va aleykum Salam. Əvvəla bunu qeyd edək ki, əxlaqsız şəkillərə və videolara baxmaq haramdır. Bu əməldən tövbə etmək lazımdır. Ətraflı oxuyun:

İynə vurulan yerə suyun dəyməyi qadağan edilirsə, dəstəmaz necə alınmalıdır?

    22.02.2022
Sual: 
Stem, qola iyne vurulduğu, yada qan götürüldüyü zaman iynenin yerine deyilene göre su deymemelidi. Bes destamaz alanda su deriye deymelidi axi o zaman ne etmeliyik???
Cavab: 

Əssələmu aleykum. Qola sistem və ya iynə vurulduqda, həmçinin qoldan qan alındıqda iynə yerinə tibbi cəhətdən qısa bir müddət (15-20 dəqiqə) ərzində su vurmaq olmaz. Bu müddət qısa olduğuna görə, gözləyib sonra dəstəmaz ala bilərsiniz.

Nəcis qarışmış su insanın belinə sıçrayarsa onu yumaq lazımdırmı?

    22.02.2022
Sual: 
Əssələmu aleykum. Şeyx, unitazın içində su olur və mən ora kiçik subaşına çıxıram və həmin su sidiklə qarışır, bəzən olur ki tamamilə sidiyin rəngini alır, bəzən də olur ki çox da rəngi itmir suyun. Və təmiz su ilə təmizlənərkən həmin unitazın içindəki sidiklə qarışmış su belimə sıçrıyır azca. Belim mundarlanmış sayılmır ki? Allah sizi xeyirlə mükafatlandırsın
Cavab: 

Va aleykum Salam. Rəngi dəyişməsə belə sidik qarışmış su nəcis (murdar) sayılır və əgər bu su belinizə sıçrayırsa, su sıçramış yeri təmiz su ilə yumalısınız.

Pages