təmizlənmə

Əhli-sünnə namazı qılmağa başlayarkən qüslü şiələrin aldığı kimi almaq olarmı?

    04.02.2021
Sual: 
Salam Aleykum bir sualım olacaq sizə inşəAllah sualımı düzgün çatdırmış olaram əgər şiə namazı qılan xanım sonradan sünnə namazı qılmaq istəsə və həmin xanım (üzr istəyirəm) heyz qüslunu şiələrin aldığı kimi alıbsa sünnə namazı qılmamışdan qabaq sünnələrin aldığı kimi qüsl alıb elə başlamalıdır namaza ? Yoxsa ehtiyac yoxdur buna?
Cavab: 

Va aleykum Salam. Qüsl alarkən əsas olan qəlbdə niyyət və bütün bədənə, eləcə də saçların dibinə su çatdırmaqdır. Əgər qüsl alarkən bu vacib olan əməlləri etmisinizsə, bu qüsl düzgün qüsl sayılır.

Dəstəmazdan əvvəl ayaqları yuyub sonra məsh çəkmək olarmı?

    25.12.2020
Sual: 
Salam.Men şie namazi qiliram.Destemazdan evvel ayagimi yuyuram sonra destemaz alarken mesh cekirem. Bilmek isteyirem nem ayaga mesh cekmek olar yoxsa destemaz batil sayilir?
Cavab: 
Va aleykum Salam. Dəstəmazdan əvvəl ayaqları yuyub sonra dəstəmaz əsnasında məsh çəkmək düzgün deyil. Ayaqlar dəstəmaz əsnasında sonda yuyulmalıdır. Ətraflı bu cavabları oxuyun: 

Nəcis dəyən yer qurumaqla təmizlənmiş sayılırmı?

    20.12.2020
Sual: 
Salam nəcis quruduqdan sonra onun hökmü nədir? Divana nəcis bulaşıb onu tər təmiz təmizləmişəm və quruyub yaş olan halda otursaq etsək bizə keçir mi? Birdə nəcis quruduqdan sonra quru halda keçir vəsvəsi olmuşam bu nəcis mövzüsünda indiki dövrdə divanı yeri bəzi yerləri su ilə yumaq olmr axı
Cavab: 
Aleykum salam. Nəcis dəyən yeri bacardığınız qədər müxtəlif vasitələrlə nəcasət gedənə qədər təmizləmək, yumaq lazımdır. Əgər nəcis qurumuşsa, artıq bu nəcasət başqa yerə keçmir.

Xəstəlik səbəbindən dəstəmazını saxlaya bilməyən necə namaz qılmalıdır?

    16.12.2020
Sual: 
Salam bacim destemazi saxliya bilmir. Evvel bilmirdi defelerle destemaz alirdi pozulurdu birde alirdi namazlari qezaya qalirdi. Indi bir defe alir qilir. Ama evelden qeza namazlari yigildi indi qilmaq isdeyir. Ama vaxt girende oz namazini qilir pozulur arxasinca qezalarini qilmaq isdeyir gerek defelerle destemaz alsin her qeza namazi ucun. Belede cetinlik cekir . Bir defe destemaz alsa vaxt girende hem oz namazini qilsa ve isdediyi qeder qeza ve basqa namazlarini qila bilermi ta vaxt cixana qeder? Destemazli sayilarmi.
Cavab: 
Aleykum salam. Müəyyən xəstəlik (sidiyi saxlaya bilməmək və ya yel çıxması kimi) səbəbindən dəstəmaz saxlaya bilməyən insan namazın vaxtı girdikdə dəstəmaz alır və növbəti namazın vaxtı girənə qədər xəstəlik səbəbindən yaranmış hal onun dəstəmazını pozmuş sayılmır.

Doğuşdan sonra qəhvəyi axıntı gələrsə, qadın namaz qılmalıdırmı?

    16.12.2020
Sual: 
Salam aleykum. ALLAH elminizə bərəkət versin. Mən də sizdən bir şey soruşmaq istərdim. Doğumdan 30 gün sonra qadından qəhvəyi axıntı gəlirsə, bu halda namaz qıla bilərmi?
Cavab: 

Va aleykum Salam. Doğumdan sonra qadından gələn qan nifas qanıdır və bu halda qadın namaz qılmır. Nifas, doğum səbəbi ilə axan qandır.

Axıntı gəldiyini hiss edən, lakin baxdıqda heç nə görməyən şəxsin namazı batil olurmu?

    08.12.2020
Sual: 
Salamlar olsun bütün möminlərə.Dönə.dönə üzr istəyirəm bu sualıma görə.Deməli mən həmişə dəstəmaz alanda və nmazdada bəzən axıntı gəldiyini hiss edirəm.Amma sonra paltarda axıntını görə bilmirəm.Yəni bilmirəm ki məzi di yoxsa nəcis.İndi bilmək istəyirəm bu halda aldığım dəstəmaz və namaz batildirmi.Xahiş edirəm sualımı tez bir zamanda cavablandırın.Əvvəlcədən təşəkkür edirəm.
Cavab: 
Aleykum salam. Əgər axıntı hiss edib, paltarda heç bir şeyin əlamətini görmürsünüzsə, demək ki bu şeytanın vəsvəsəsidir. Bu cür vəsvəsələrə fikir verməmək lazımdır, əks halda getdikcə çoxalacaq. Həmçinin oxuyun:

Pages