təmizlənmə

Qüsl ala bilmədiyim üçün namazı qılmadım, bu doğrudurmu?

    09.02.2021
Sual: 
Salam Alekum.Sizə bir sualım olacaq.Mən sübh namazına durduğumda çox üzr istəyirəm yuxuda məni ifraz etdiyimi anladım.Qüsl ala bilmədiyimə görə namazımı qılmadım.Səhər isə qüsl aldıqdan sonra isə qəzanı zöhr namazı ilə birlikdə qıldım.Bu zaman namazım qəbul olurmu.Xaiş edirəm bu haqda mənə məlumat verəsiniz.
Cavab: 
Va aleykum Salam. Xəstəlik və s. bu kimi üzrlü səbəblərə görə qüsl ala bilməyəndə, övrət yerini yuyub təyəmmüm almaq lazımdır. Sonra isə namazı qılmaq lazımdır. Çünki belə hallarda təyəmmüm qüslü əvəz edir. Belə bir hal olanda namazı tərk etmək lazım deyil, sadəcə təyəmmüm almaq kifayətdir.

Naməhrəmin səni görməsi və ya bir yerə gedib gəlmək dəstəmazı pozurmu?

    04.02.2021
Sual: 
Salam aleykum. Men bilmek isteyirem destnamazliyken namehrem birinin seni görmesi destnamazı pozurmu ve yaxudda destnamaz alib harasa gedib qayitsaq yene de destnamaz pozulurmu? Evvelceden teşekkürler
Cavab: 
Və aleykum Salam. Şəriətdə buyurulan dəstəmazı pozan amillərdən hər hansı biri baş vermədikcə, qeyd etdiyiniz hallar dəstəmazı pozmur. Həmçinin oxuyun:

Yel çıxması ilə dəstəmaz pozulduqda alt paltarını dəyişməyə ehtiyac varmı?

    04.02.2021
Sual: 
Salam Aleykum. Bir söz soruşum əgər insan bədənindən qaz çıxıbsa alt paltarı dəyişilməlidi yoxsa dəatəmaz alması kifayətdir?
Cavab: 

Va aleykum Salam. İnsandan yel çıxdıqda, alt paltarı dəyişməyə və ya yuyunmağa ehtiyac yoxdur. Yalnız dəstəmaz alması kifayət edir. Əgər yel çıxması ilə birlikdə nəcis də xaric olubsa, bu halda yuyunmaq və əgər alt paltarına bulaşıbsa alt paltarını da dəyişmək lazımdır.

Tez-tez qüsl aldıqda xəstələnmək təhlükəsi olarsa, təyəmmüm etmək olarmı?

    04.02.2021
Sual: 
salam aleykum.evde eger serait varsa qusul almaga ancaq qadin hergun qusul ala bilmirse hergun cimdikde soyuq alib xestelenirse ve balaca usaq oldugu ucun onu tek qoyub cimmek olmursa bu zaman 2-3gun teyemmumle namaz qilmaq olar?
Cavab: 
Va aleykum Salam. Xəstələnmək təhlükəsi olanda, təyəmmüm almaq olar. Daha ətraflı: 

Pollusiya (yuxuda ikən sperma çıxması) olan insan namaz qılmaq üçün nə etməlidir?

    04.02.2021
Sual: 
Salamun aleykum,menim sualim budur ki,men pollusiya olandan sonra ayağ yolunda sabunla yuyuram cinsi orqanimi ve alt paltarimi deyisirem bele etsem olarmi?
Cavab: 
Va aleykum Salam. Pollusiya (yuxuda spermanın çıxması) halı baş verərsə, yuyunub, paltarı dəyişməklə bərabər namaz qılmaq üçün qüsl almaq lazımdır. Əgər su olmadığı üçün və ya xəstəlik səbəbindən qüsl almaq mümkün olmasa, təyəmmüm ala bilərsiniz. Daha ətraflı:

Yuxuda cinsi əlaqədə olduğunu görən buna görə günah qazanırmı?

    04.02.2021
Sual: 
Salam aleykum. Bir sualım var sizə. Mən oğlanam Namaz qılıram. Səhər Namazından qabaq qızla cinsi əlaqədə olduğum yuxu gördüm öz özünə boşaldım. Çox peşmanam. Buna görə günah qazanırammı. Birdəki Namazmıda qıla bilmirəm. Qüslum pozulurmu. Xaiş cavb verin. Təşəkkülər
Cavab: 
Aleykum salam.

Niyyəti dil ilə demək qüslü pozurmu?

    04.02.2021
Sual: 
Qüsl alarken niyeti dilde demek qusulu pozurmu?Birdeki men qusul alanda bismillahla baslayib el uz burun agiz qulaqimi yuyuram.Sondada cenabet qusulu aldigimi niyet edirem bu duzgundurmu?Bununla bagli hedislerde ne ise deyilibmi?
Cavab: 
Salam aleykum. Niyyəti qüslə başlamazdan əvvəl qəlbdən keçirmək lazımdır. Niyyəti dil ilə demək qüslu pozmasa da, bidət sayılır. Daha ətraflı:

Dırnağa gel-lak çəkib onunla dəstəmaz almaq olarmı?

    04.02.2021
Sual: 
Salam.Dırnağa gellak etdirib onunla destemaz alıb namaz qılmaq olarmı?Çoxusu deyir ki dırnağa gel tebeqesi çekende lap dibden çekilmir ve bele veziyyetde alınan destemaz düzgündür.Bu ne derecede doğrudur?
Cavab: 
Va aleykum Salam. Dəstəmazın düzgün olmasının şərtlərindən biri də dəstəmaz əzalarının hər yerinə suyun çatmasıdır. Bildiyimiz jkimi gel-lak suyun dırnağa çatmasına mane olur. Dırnağın dibinə su dəymiş olsa da üstünə su dəymir. Həmçinin bu cavabları oxuyun: 

Pages