Vacib olmayan qüsldan sonra dəstəmaz almaq lazımdırmı?
Aleykum salam. Əgər cunub olmamısınzsa bu halda aldığınız qüsl cənabət qüslü deyil, vacib olmayan adi qüsldür. Bayram və cümə qüslləri kimi vacib olmayan qüsl aldıqdan sonra dəstəmaz alınmalıdır. Cənabət, heyz, nifas qüslləri kimi vacib qüsllərdə isə dəstəmaz almağa ehtiyac yoxdur.