təmizlənmə

Təbii olmayan rənglər dəstəmaza mane olurmu?

    28.10.2019
Sual: 
Əs Sələmun Aleykum..əlimə qara xına vurmaq isdəyirəm amma qara xına təbii deyl içində rənk var bu dəstəmaza maneə olur?
Cavab: 

Va aleykum salam. Dəriyə qoyulan rəng suyun dəriyə çatmasına mane olmursa və artıq dəriyə hopmuşsa bu rəng dəstəmaza mane olmur. Hətta bu rəng süni (qeyri-təbii) olsa belə. Çünki dəstəmazda əsas olan suyun dəriyə çatmasıdır.

Təharətdə şübhə gəldiyinə görə hər dəfə ayağımı yuyuram, bundan necə xilas olum?

    28.10.2019
Sual: 
Salam Aleykum. Men her defe ayaqyolunda olanda ayagima sidik deydiyini dusunurem. Buna gorede namazdan evvel hemise ayigimi yuyuram buda sehetimde problem yaradir.2 her defe qüaul alanda neyise duzgun etmediyimi dusunub tekrar tekrar aliram
Cavab: 

Va aleykum salam. Əgər sidiyin ayağınıza bulaşdığına yəqin olmayaraq ancaq şübhə edirsiniz və bu hal hər dəfə sizdə davam edirsə, bu şübhə şeytanın vəsvəsəsidir. Şeytan bu yolla ibadəti sizə ağırlaşdırmaq və beləcə ibadətdən sizi yayındırmaq istəyir.

Bilməyərək nəcasətin bulaşdığı yerdə qıldığım namaz batil olurmu?

    21.10.2019
Sual: 
Menim sualim buduki qizim 3 yawindadi bezen olur eve bilmeden sidiy qacirir mende namaz qiliram bilmek isdiyirem qizim sidik batirdigi yeri gormesem qurusa men orda namaz qilsam ve yaxudda orda gezsen dest namazim pozulur ve yaxudda namazim baytil olur ?
Cavab: 

Əs-Sələmu aleykum. Namaz qılan yerin və paltarın nəcasətdən təmiz olması namazın şərtlərindən biridir. Əgər namaz qılınan yerdə nəcasət varsa və namaz qılan şəxs də bunu bilirsə, onun namazı səhih deyil.

Şəhvət hissi ilə qadından maye gələrsə, qüsl alınırmı?

    12.10.2019
Sual: 
Salam.Bagışlayın suala göre.Heyz halda olarken şehvet hissi ile şeffaf maye gelse cenabet qusulu almaq olarmi?Ve cenabet qusulu kecerlidimi?
Cavab: 

Va aleykum Salam. Əgər qadından şəhvətlə maye gələrsə və bu, qadının həzz alaraq şəhvətini bitirməsinə (orqazma) səbəb olarsa, bu halda qadın cənabət qüslu almalıdır. Əgər sadəcə şəhvət nəticəsində maye gələrsə və bununla şəhvəti bitməzsə, bu halda qüsl almağa ehtiyac yoxdur.

Heyzdən təmizləndikdən beş-altı gün sonra gələn qan heyzdən sayılırmı?

    01.10.2019
Sual: 
Salam Aleykum.Cox xahis edirem tez cavablandirin.Men 3 aydi heyz halimin vaxtini tam bilenmirem.az miqdarda qan gelir 1 hefte.sonra ustunnen 5-6 gun kecir tezeden mennen qan gelir 1 hefde.Coxlu bacilardanda sorusmusam bezisi deyir destemaz al orucunu tut namazni qil.bezileride tam bilmir.Xahis edirem mene bir yol gosderin.Men bele halda namazimi orucumu dayandirmiram.duzgun edirem? Onuda qeyd edimki her 2sindede qanin rengi eyni olur.
Cavab: 
Və aleykum Salam. İki heyz arasında ən az müddət 15 gündür. Heyz müddəti tamamlanıb təmizləndikdən və qüsl etdikdən sonra 15 gündən tez gələn qan heyz sayılmr. Bu qan istihazə qanı, yəni damar qanı sayılır.

Qiblədən azacıq dönmək namazı batil edirmi?

    25.09.2019
Sual: 
Salam əleykum.Qadın səcdədeykən dirsəklərini tam yerə qoymalıdır? 2)Boyununda qüsul olmasa belə, qüsul aldıqdan sonra dəstəmaz almadan namaz qılmaq olarmı? 3)Sünnət namazları vərdiş halında hər zaman qılıram ama bəzən olurki qılmaya bilirəm qəzasını qılmaq isteyirəm qəzası yoxdur diyə qılmamalıyam? Ve namaza başlamadığım müddətlərin yerini sünnət namazlarım tamamlarmı? 4)Qiblə 207 dərəcədən başlamaqla 218 dərəcəyə qədər namaz qılınarsa namazı düzgündürmü?ALLAH razı olsun. Təşşəkkürlər.
Cavab: 

Va aleykum salam.

Oral intim əlaqədən imtina etdiyimə görə günah qazanırammı?

    20.09.2019
Sual: 
Salam.sualım üçün evvelceden üzr isteyrem.8 ildi aileliyem.yoıdasım oral seks isteyr mense iyrenirem bunu qebul ede bilmirem bu halda ozumu alçalmış hiss edrem xoş dillede desem razı olmur.mene qarşı aqresivlesir.men normal qaydada olsun deyrem razilasmir.mene hede qorxu gelir.senin üçün pis olacag deyir.mene qezebli halda üz cevirib yatir.qorxdugum meleklerin lenetine geleremmi men yenede deyrem men sadece oral munasibete razi deyilem.men bu emeli etmesem mene gunah yazılır ya yox?men bunu bilmek istiyirem.xaiş edrem mene konkret ya he yada ki yox cvb yazasız.
Cavab: 

Va aleykum salam. Ərinizin sizdən oral intim tələbini qəbul etməyin və bu əməldən imtina edin. Çünki bu əməl əxlaqa ziddir və natəmizlikdir.

Pages