təmizlənmə

Dəstəmaz aldıqdan sonra yel çıxmasından şübhələnən yenidən dəstəmaz almalıdırmı?

    12.12.2019
Sual: 
Salam aleykum .artiq neçe vaxtdı ki ,destemaz alıb qutarandan 3-4 deyqe sonra ve yaxud destemaz esnasinda ele bil yel gelir .amma emin olmuram .şubheli şekilde oluram hemiwe .ses ve iy olmur .bele şübheli olanda destemazi yeniden almaq lazimdi?
Cavab: 
Və aleykum Salam. Adətən belə hallar şeytanın vəsvəsələrindən irəli gəlir. Vəsvəsələrlə isə mübarizə aparmaq yox, onlara fikir verməmək lazımdır. İslamda "şübhə ilə yəqinlik aradan qalxmaz" deyilən prinsip var.

Oruc pozulmasın deyə dəstəmaz alarkən ağıza su çəkməmək günahdırmı?

    12.12.2019
Sual: 
Salam orucum pozla bilar deyə aqzmi yaxalamiram dəstamaz alanda bunda bir gunah varmi cox saqolun Allah razi olsun
Cavab: 
Və aleykum Salam. Dəstəmaz alarkən ağıza və buruna su çəkib qaytarmaq vacibdir. Çünki ağız və burun üzdən hesab edilir. Ona görə də dəstəmaz alarkən bunu tərk etməklə səhv etmisiniz. Lakin bunun hökmünü bilmədiyinizə görə indiyədək aldığınız dəstəmazlar doğru sayılır və sizə günah yazılmır.

Yuxuda ikən ihtilam olan hər dəfə qüsl almalıdırmı?

    30.11.2019
Sual: 
Salam Aleykum.Mənim bir sualım var.Zehmet olmasa cavablandirardiz. 1)Men yuxudan oyandiqda meni kimi tam olmasa da boyuk miqdarda mayenin oldugunu gordum.Lakin men yuxu gormemisem yeni yuxunu xatirlamiram.Ancaq maye ifraz olunub.Bu hala gore güsul almaq lazimdirmi? 2)Həmçinin men tez tez yuxudan oyandiqda istilam oluram.Bu hala gore her defe gusl almaliyammi? 3)yatagima girib sehvetlendikden sonra yuxuya gedsem ve oyandigimda yuxu gormediyimden emin olsam ancaq paltarimda nəmlik olsa güsl almaliyammi Allah razı olsun
Cavab: 

Və aleykum salam. Yuxuda ikən insandan ifraz olunan çoxlu miqdarda maye spermadır. Yuxu görülməsə və şəhvət hissi olmadıqda belə, bu halda qüsl alınmalıdır. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Qüslu yalnız məninin (spermanın) gəlməsi vacib edir".

İtə toxunsam, qüsl almalıyammı?

    20.11.2019
Sual: 
Salam aleykum namaza teze baslamisam bilmey isterdim it mundardi meslen it eyagima deyse paltarima deyse qusul almaliyam ya nece etmneliyem
Cavab: 

Va aleykum salam. İt öz-özlüyündə murdar sayılmır. Murdar olan itin ağız suyudur. Bu səbəbdən itə toxunmaq dəstəmazı və ya qüslu pozmur və paltarı da natəmiz etmir.

Lakla namaz qılmaq olarmı?

    12.11.2019
Sual: 
Salamaleykum .bilmək olmarmı lakla namaz qılmaq olarmı
Cavab: 

Va aleykum salam. Dırnaqda lak ola-ola dəstəmaz almaq düzgün sayılmır. Çünki dəstəmazın şərtlərindən biri odur ki, dəstəmaz alarkən su dəstəmaz əzalarının hər yerinə dəyməlidir. Lak isə dırnaqlara suyun çatmasına mane olur. Dəstəmaz düzgün alınmadıqda onunla qılınan namaz da batildir.

Namaza başlayan kimi tez-tez təharətə getmək istəyi nə ilə əlaqədardır?

    08.11.2019
Sual: 
Men namaza bşlayan kimi sidiye tez tez gedirem ne ile elaqedardi
Cavab: 

Əssələmu aleykum. Bu hal səhhətinizlə əlaqədardır və bunun namazla heç bir əlaqəsi yoxdur. Həmçinin, bu şeytanın vəsvəsəsi nəticəsində sizin özünüzə psixoloji təsir etməyinizlə də əlaqədar ola bilər. Çünki insanın sidiyini saxlaması beyinlə əlaqədardır.

Eyni qüslu təkrar-təkrar niyyət edib almaq olarmı?

    07.11.2019
Sual: 
Salam eleykum. Təşəhhüddə oturarkən əşhədü əllə la ilahə illallah və və əşhədü ənnə muhammədən abduhu və rəsuluhu, deyəndə şəhadət barmağa baxırıq,bəs ondan sonra gələn allahummə barik sözləri,gözümüzü yerə dikirik yəni daha şəhadət barmağımıza baxmırıq? 2)Eyni qüsulu hamamdaykən təkrar təkrar niyyət edib almaqda bir qəbahət varmı?
Cavab: 

Va aleykum salam.
1) Təşəhhüddən sonra deyilən salavat və dualar da şəhadət barmağına baxaraq deyilir. Həmçinin oxuyun:

Nəcis bulaşan yeri yaş parça ilə silib təmizləmək olarmı?

    04.11.2019
Sual: 
Salam. 2korpem var,onlarin sidiyi ve kakalari yere deydiyi olub.hemen yerleri bir nece defe yash desmalla silmishem.sonra ise ayrica desmalla butun evi silmishem. Nashga islami saytda.deyirler ki men butun eve necis yaymisham.ush ayagla gezsem ve ya el ile toxunsam ozumde necis oluram.destemazim pozulur. Bu duzdurmu ????
Cavab: 

Va aleykum salam. Əgər nəcis su ilə və ya yaş parça ilə təmizləndikdən sonra əsər-əlaməti qalmayıbsa, onun bulaşdığı yer təmiz sayılır. Ümumiyyətlə, nəcisə toxunmaq dəstəmazı pozmur. Daha ətraflı bu cavabları oxuyun:

Pages