təmizlənmə

Qüsl aldıqdan sonra bədənin hansısa bir yerinə skoç yapışdığını görən yenidən qüsl almalıdır?

    12.03.2020
Sual: 
Əssələmu aleykum va rahmətullah. Əgər ər bədəndə harasa skoc yapışıbsa, qüsl təzədən alınmalıdır?
Cavab: 

Va aleykumus-sələm. Qüsl alarkən bədənin hər yerinə suyun çatması vacibdir. Əgər bədənin müəyyən hissəsinə su dəyməyibsə, qüsl düzgün sayılmır və yenidən alınmalıdır.

Qüsl alarkən başı yumamaq olarmı?

    12.03.2020
Sual: 
Salam.xahish edirem sualima cvb vererdiz.aileli qadin qusul almasi uchun mutleq bashdan ayaga dush qebul etmek lazimdir? Chunki qish feslinde mumkun olmur tez xestelenir insan.demeyim odurki qusulu bashi suya salmadan almag olar ele bir istisna varmi evli olanlar uchun? Evvelceden twk edirem.
Cavab: 

Va aleykumus-salam. Qüsl alarkən bütün bədənə, eləcə də saçların dibinə suyun dəyməsi vacibdir. Yalnız saçlarını hörən qadına cənabət qüslü alarkən hörüyünü açmadan başını yumasına icazə verilir. Bu barədə oxuyun:

Qüsl almağı niyyət edib sadəcə çimdikdə qüsl etmiş sayılırammı?

    30.01.2020
Sual: 
Salam . Birwey mene cox maraxlidir coxdandi bu haqda dusunurem hetda ele olurki namazlarimdada problem olur sual budur ' Qusulun qaydalarinda yeni vacibdirmi mutleq cimenden temizlenenden sonra qusul vermelisen mesel cimdim temizlendim qutardim lap axirda bas boyun ve daha sonra sag ve sol beden yuyulsun vacibdimi yeniki sirf cimib yuyunduqdan sonra qusul alasan yoxsa ele cimmesende ele sadece qusul almaq niyetiyle hamama girib sadece qusul alsan ve lap axirda cimib yuyunsan olar ?
Cavab: 

Va aleykumus-sələm. Sadəcə qüsl etməyi niyyət etməklə (qəlbdən keçirməklə) hamama girib ağıza və buruna sua alıb, sonra bütün bədənə su vurmaqla qüsl tamamlanmış olur.

Namazı qılıb bitirdikdən sonra qüsülsüz olduğunu bilənin namazı sayılırmı?

    19.01.2020
Sual: 
Salam.Boynumda cənabət qüslu var idi.Niyyət edərək dedim ki qüsl alıram Qürbətən İllallah (Bilirəm ki niyyəti də səhv etmişəm)Qüsl alıb,sabahısı sübh namazına durdum və qıldım.Və daha sonra müəyyən etdim ki qüslum sən demə pozulubmuş və mən bilməmişəm.Bilməyə-bilməyə dəstnamaz alıb sübh namazın qılmışam.Namaz batil sayılırmı? Və məcburam evə gedəndə yenidən qüsl alım digər qəzaya gedəcək namazları qılım!Sübh namazım günah və batil asyılırmı?
Cavab: 

Va aleykumus-sələm.

Əvvəla bunu qeyd edək ki, dəstəmaz və ya qüsl alarkən niyyəti dilə gətirmək düzgün deyil. Həmçinin digər ibadətlərdə də belədir. Niyyət, qəlbdən keçən istəkdir. Niyyət barədə daha ətraflı bu linklərdən oxuyun:

Donuz əti yeyilən evdə hər şey murdarlanırmı?

    27.12.2019
Sual: 
Salam. Bizim evde donuz etinnen kolbasa yeyirler. Hamida yeyennen sora ellerini yumurlar. Ve ellerini her yere vururlar. Qapinin tutacaqlari, stol stul, çarpayi, divan ve s.men bilmirem artiq ne edim. Rahat oturmaga bir yerim azdi. Yorulmuşam evde heckim olmayanda sulu desmalnan her yeri silem. Psixoloji sixinti kecirirem. Soz deye bilmirem. Xaiş eleyirem cavab vererdiz bu halda men gerek her yeri sulu desmal ile silim ya yox? Çarpayimi da deyişmeliyem ya yox? Yani murdar olurmu her yer? Nolar tez bir zamanda oxuyun . Allah razi olsun
Cavab: 

Va aleykumus-sələm. Donuz bütünlüklə nəcis (natəmiz) sayılır. Həmçinin donuzun qanı, əti, ətindən ayrılan yağı və piyi də nəcisdir. Lakin İslamda "şübhə etməklə yəqinlik aradan qalxmaz" deyilən qayda vardır.

Mömin bir insanın ziyana düşməsi onun günahlarına görədirmi?

    24.12.2019
Sual: 
Salam.Bir momin qardash var.butun namazlari qilar,oruc tutar.Ustune el achib gelene bacardigi qeder komek eder,qarshisina chixan dilenchini bosh buraxmaz.Her heftenin 1-4 gunu nafile oruc tutar,gunde en azi bir sehife Quran oxumamish yatmaz,geceler teheccud namazi qilar.Pis ishlerle mesgul olmaz.Texminen bir ay evvel qardashin bir problemi oldu,boyuk miqdarda ziyana dushdu.Isteyirdik bilek,neye gore ozunu dine hesr etmish adami Allah cezalandirdi?Yeqin pis ishleri olub ona gore?
Cavab: 

Va aleykumus-sələm. İnsanın başına gələn müsibətlər, bəlalar heç də onun pis əməl sahibi olması anlamına gəlmir. Çünki biz imtahan dünyasında yaşayırıq və bu dünyada müsibətlərin və imtahanların olması labüddür.

Pages