təmizlənmə

Qəza oruclarını tutmaq üçün necə qüsl almalıyam?

    22.05.2017
Sual: 
Salam menim 10 gun qezam var orucumu bu aydan tuta bileremmi Oruc tutmaqcun nece qusul almaliyam qusullari deqidliyinnen bilmek isteyirem.eher oruc vaxti qusulumu sef almiwamsa menim tutdugum oruc batil olurmu
Cavab: 
Və aleykum Salam. Siz qəza oruclarınızı hər bir vaxtda tuta bilərsiniz və bunda ardıcıllıq vacib deyil. Yəni, orucu bir neçə gündən bir və ya ardıcıl tutmaq icazəlidir. Qüslun olub-olmamasının isə oruca təsiri yoxdur. Qüsl olmadan da oruc tuta bilərsiniz, amma namazları qüsulsuz qılmaq olmaz.

Pirlərdə qəbirdəki insanları pisləmək günahdırmı?

    22.05.2017
Sual: 
Salam Aleykum.Size sualim bele olacag.Men hicabli deyilem lakin Namazimi qiliram.Destemazli oldugum halda namehrem kisinin meni gormesi menim destemazimi pozurmu,Birde men Namaz qilanda qardawim onumnen kecdi ama bilmeden nece dua eliyim ki, Allah bagiwlasin.Son olaraqda ziyarete gedmirem ve geden innsanlari gorende orda yatan insani bele pislediyim olur men ne derecede gunah qazaniram.Allah butun qardas ve bacilarima gunahdan cekinmeyi ve dogru yolda olmagi nesib elesin.Amin.InwaAllah sualimi tez cavablandirarsiniz Sevinerem.Indiden eziyyeti kecen her kesden Allah razi olsun....
Cavab: 
Və aleykum Salam.
Naməhrəm kişinin qadını görməsi qadının dəstəmazını pozmur. Daha ətraflı: Dəstəmazı pozan amillər

Hər dəfə yel çıxadıqda həmin yeri yumaq vəsvəsəsini özümdən necə uzaqlaşdırım?

    19.05.2017
Sual: 
Assalamun aleykum va rahmatullah.suallar vermişdim sizə cavablari gelmeyib belke de 2 3 ay olar. Deməli bir sualda cavab olaraq yazmısınız ki rütubət olmazsa yel çıxarsa yuyunmağa ehtiyac yoxdur.Məndə bu.hal tez tez baş verir.bəzən həqiqətən Sulu hal çıxır bəzən də mənə elə gəlir ki rütubətdi .yəni hər dəfə namazdan əvvəl yuyuram.ancaq nəcis olmur.yəni təmiz ola ola yuyuram.Bəzən girirəm çıxıram yene girirəm çıxıram təkrar təkrar bu qaydaya görə.bu da xəstəliyə gətirib çıxarır.Bilirəm ki belə etməsəm yaxşılaşaram.
Cavab: 

Və aleykumus-Sələmu va rahmətullah. Bu artıq sizdə vəsvəsəyə çevrilib, vəsvəsəyə fikir verdikdə o daha da çoxalır.

Dəstəmaz aldıqdan sonra corabın üstündən məsh çəkilirmi?

    12.05.2017
Sual: 
salam! NECƏSİZ?Belə bir sualım var;Mən dəstamaz alarkən ayaqlarımı yuduqdan sonra nasqı geyinirəkən bəlmirəm nasqının üstündən məst cəkim yoxsa cəkməyim?COX sag olun cavab gözləyirəm.
Cavab: 

Və aleykum Salam. Dəstəmaz aldıqda ayaqlar yuyulandan sonra corab geyinirsinizsə, növbəti dəfə dəstəmaz aldıqda ayağınızı yumayıb corabınıza məsh çəkə bilərsiniz.

Pages