təmizlənmə

Ölən insana toxunduqda qüsl almaq vacibdirmi?

    15.04.2017
Sual: 
salam.size sualim odurki meyit qüsülu deyilen bir sey varmi?onu nece alirlar.qaynanam qolumda kecinib.hami dedi qüsl al ve onun yatdigi yorgan doşeyide qülülla.bu nece olur?duzgundurmu?
Cavab: 
Və aleykum Salam. Ölən adama toxunduqda qüsl almaq vacib deyil, amma bəyənilən haldır. Bu da adi qüsl kimidir. Yorğan-döşəyi qüsl etmək anlayışı yoxdur, istəsəniz onları yuya bilərsiniz. Daha ətraflı: 

Dəstəmaz alanda ayaqları hansı əl ilə yumaq lazımdır?

    14.04.2017
Sual: 
Salam aleykum!Dəstamazda ayaqları yuyarkən sag ayaq sag əl ilə sol ayaq sol əl ilə yuyulmalıdır?Yoxsa hər iki ayaq sag əl ilə yuyulmalıdır?Xahiş edirəm bunu mənə başa salın.Cünkü mən qabaqlar şiə namazi qılırdım.Onda sag əllə sag ayaqa sol əllə sol ayaga məst edirdim.Cox sag olun.
Cavab: 

Və aleykum Salam. Dəstəmaz alanda ayaqları hansı əllə yumağın fərqi yoxdur. Daha ətraflı:
Dəstəmaz alarkən əzaları neçə dəfə yumaq lazımdır? Düzgün dəstəmaz necə alınır? 

Təkfirçiləri necə tanımaq olar və digər suallar

    07.04.2017
Sual: 
Es Selamun Aleykum qardawlar suallarim var men namazin sozlerini menalarinida bilirem Amma ki namazin oz sozlerini deye deye menalarini duwune bilmirem cox cetinliy cekirem duwunendede namazda bezen cawiram. Tekfirci dediyde kimlerden uzaq durmaliyiq cun ki elede elmimiz goxdur ki biley. Birde sidiyin ardiyca gelen mayeye gore qusul almaq gereydi.
Cavab: 
Və aleykum Salam. 
1. Namazın sözlərinin sözbəsöz tərcüməsini öyrənsəniz, Allahın izni ilə namaz da sizə daha rahat olar.

3-4 gün qüsl olmayan müddətdə namazları qəzaya saxlamaq olarmı?

    07.04.2017
Sual: 
Salam eyer qusulum olsa 3 4 gun qusul almasam sonra qusul alib.Namaza bawlayib qalan Namazlarimin qezasini qila bilerem?
Cavab: 
Və aleykum Salam. Qüsl ala bilməyən adam üçün dinimiz yüngüllük bəxş edərək çıxış yolu göstərib. Bu da təyəmmüm edərək namazlara davam etməkdir. Namaz qılmağı 3-4 günlük olsa belə tərk etmək böyük günahlardandır. Daha ətraflı: 

Üzü üstə yatmaq, dəstəmaz və digər suallar

    04.04.2017
Sual: 
Salam, bir neçe sualım olacaqdı. 1.Gece yatarken üzüüste yatmaq qadağandır mı? Bu sualın cavabını saytda oxudum. Hedis ile cavablandırılmışdı. Lakin o hedisde "yanı açıq veziyyetde" ifadesi istifade olunub. Tam anlamadım. Neticede gece yatarken üstmüzü örtürük. 2. Destemaz alarken qış aylarında corabları mütleq çıxardmaq lazımdır? 3. Gelecek evlilik barede xeyal qurmaq yeni xeyalda heyat yoldaşı ile sarılmaq, öpmek, el ele tutmaq baredr xeyal qurmaq qadağandır mı?
Cavab: 

Və aleykum Salam.

Sulu halda çıxan yel haqda verilən sualı aydınlaşdıra bilərsinizmi?

    04.04.2017
Sual: 
Salam aleykum.Bir nəfər sizdən soruşubki yel çıxaranda yumaq lazımdırmı.cavabında da əgər sulu hal varsa yuyulmalıdır yazmısız.Mənim sualım isə mən hər dəfə ayaqyolundan çıxandan sonra yel çıxır sulu hal. ancaq heç yer bulaşmır indi nəyə görə hər dəfə yumalıyam bunun dəlili versəz yaxşı olar.çünki bu qaydaynan gedəndə gərək girib çıxasan hər dəqiqə.ama saxlamaq olur o da ki məkruhdu.
Cavab: 

Və aleykum Salam. Sulu halda yelin çıxması ayaqyolunda olduqda baş verir. Bu isə yuyulmaq ilə təmizlənir. Əgər ayaqyolundan kənarda sulu halda yel çıxarsa, mütləq alt paltar bulanmalıdır. Alt paltar bulanmırsa, yel sulu halda çıxmır və bu, şeytanın təmizlənmədə olan vəsvəsələrindən sayılır.

Əgər heyz on beş gün davam edirsə, namazları nə vaxtdan qılmaq lazımdır?

    01.04.2017
Sual: 
Salam aleykum ,men artiq 15gunduki aybasi olmusam.amma bu mende normal hal deyil.en cox bir hefte en az 4-5gun olurdum.vaxtimin coz olmasi mene narahatliq verir.cunki normal olaraq namazlarimin vaxti ötür.aybasi hecmim bu defe vaxt baximdan cox oldu amma hecmi az oldu.buda aybasinin bitib bitmemeyi menj hergun casdirir.bilmek isdeyiremki artiq 15gundu hecmi az olsada hergun olmusam.indi men qusullanib normal herseye regmen namazimi davam edim ya tamamile bitdiyine emin olandan sonra baslayim namazlarima?
Cavab: 

Və aleykum Salam. Heyz qanı adi qandan fərqli olur. Əgər, həqiqətən, həmin axan qan heyzdəndirsə, onda həmin günlərdə buraxılan namazların qəzasını qılmaq lazım deyil. Əgər həmin qan heyzdən deyilsə, onda istihazə qanıdır. İstihazəli halda isə dəstəmaz alıb namaz qılmaq lazımdır.

Pages