təmizlənmə

Namazda qaşınmaq və qüslsüz namaz qılmaq haqqında

    29.12.2016
Sual: 
Salam. 1. Namaz qilan vaxt insanin burnu ya qulagi qawindiginda qawimag olar? 2. Bu dunyada niye haqsiz insanlar onde gedir mukafatlandirir mene xalamin cox pisliyi deyib meni werledi toyumdan 3gun qabag aglatdi yenede qargish tokmedom dedim Allah boyukdu ozu nece bilir helede elesin. Amma o yenede mukafatlanir heyatda. Allah hele insanlarin cezasini niye vermir? 3. Men teze aile qurmusam qusla gore biraz exziyet cekirem, onun basqa nese caresi var? Qusulsuz namazlar heccur gebul olmur? Onceden cox sagolun.
Cavab: 
Va aleykum Salam.

Paltara nəcis dəyəndə qüsl almaq lazımdır?

    25.12.2016
Sual: 
Salam, ((nəcis alt paltarı, üst paltarı nəcis eliyir? nəcis paltarı dəyişdikdən sonra namaz qılmaq olar yoxsa qüsl almalısan?
Cavab: 
Va aleykum Salam. Paltara nəcis dəydikdə həmin paltarı dəyişmək və ya paltarın həmin hissəsini yumaq və bədənin həmin hissəsinə dəyən nəcisi təmizləmək kifayətdir. Bunun üçün qüsl almağa ehtiyac yoxdur. Daha ətraflı: 

Dəstəmaz alanda xəstələndiyim üçün namazı tərk etmək günahdırmı?

    24.12.2016
Sual: 
Salam!Men namaz saxlamisam 3gundu uje boreklerim narahatdi evde soyuq olur her defe destemaz ala bilmirem soyuq olanda agriyiram,gunahdimi saxlamagim?ama ki duzelende yenide bawlayacam ve ya havalar isinende inwALLAH
Cavab: 
Və aleykum Salam. Namazı heç bir vəchlə tərk etmək olmaz. Dəstəmaz ala bilmirsinizsə, təyəmmüm alın və namazlarınıza davam edin. Daha ətraflı: 

Qüsl olmadığına görə qılmadığım namazların qəzasını qılmalıyammı?

    24.12.2016
Sual: 
Salam.Qüsl aldıqdan sonra ,Qüslsuz oldugum üçün qılmadığım namazları qılmalıyam?
Cavab: 
Və aleykum Salam. Heyz halında olan qadınlar heyzdən təmizlənənə qədər namazı qılmırlar və bu namazı heyzdən təmizlənəndən sonra qəza etmirlər. Digər hallarda kişi və ya qadın qüsl halında olsalar və qüsl almaq imkanları olmasa da belə namazlarını təyəmmüm alaraq qılırlar.

Qüsl pozulmasa da hər dəfə çimdikdə qüsl almaq lazımdırmı?

    19.12.2016
Sual: 
SALAM.HER CIMENDE QUSUL ALMAG LAZIMDI QUSUL OLMASADA BOYNUNDA.TEMIZLIK UCUN OLARSA NECE DEYILMELIDI SOZLERI.TWK.xayis edirem tez cavablandirasiz
Cavab: 

Və aleykum Salam. Xeyr, qüsl yalnız onu pozan hallarda alınır. İstər təmizlik, istərsə də qüsl niyyəti ilə olsun, bunun üçün xüsusi bir dua və sözlər yoxdur. Sadəcə hər xeyir işin əvvəlində "Bismilləh - Allahın adı ilə!" demək bəyəniləndir. (İmam Əhməd, 14/ 329.

Cinsi əlaqədən sonra qüsl almaq və saçı da yumaq lazımdır?

    19.12.2016
Sual: 
Salam cinsi əlaqədən sonra namaz qılmaq üçün yuyunmalısan?saçıda yumalısan?
Cavab: 
Və aleykum Salam. Bəli, cinsi əlaqədən sonra qüsl almaq və bütün bədən əzalarını o cümlədən başınızı da yumaq lazımdır. Başı yuyarkən 3 dəfə su tökmək kifayət edir, saçları tam islatmaya bilərsiniz. Daha ətraflı:

Yel çıxarkən yuyunmaq lazımdırmı?

    18.12.2016
Sual: 
Salam mənim dostum dəstamaz alanda həmişə arxasını yuyur. Deyir ki əgər dəstamazı qaz yolu ilə pozmusansa mütləq arxanı yumalısan. Səbəbin soruşanda deyir ki sən qaz buraxanda qazdan əlavə sənin arxan da bulaşır. Əgər məqsəd pak olmaqdısa onda bunu eləmək vacibdi. Mən isə deyirəm ki elə şey nə maidə nə də nisa surələrində olan dəstamaza aid ayələrdə yoxdu. Heç hədis kitablarında da rast gəlməmişəm. Sizcə bu nə dərəcədə doğrudur?
Cavab: 

Və aleykum Salam. İslam alimlərinin yekdil fətvalarına görə yel buraxılan zaman onunla yanaşı rütubət (sulu hal) çıxmazsa, bu zaman həmin yeri yumağa heç bir ehtiyac yoxdur.

Pages