təmizlənmə
Dəstəmazı nə zaman almaq lazımdır?
Salam aleykum. Dəstəmaz almaq üçün xüsusi bir vaxt təyin olunmayıb. Namaz qılmaq üçün dəstəmazlı olmaq vacibdir. Dəstəmaz pozulmayıbsa, bir dəstəmazla bir neçə namaz qılmaq olar. Həmçinin, oxuyun: Dəstəmazı pozan amillər
Döşəyə uşağın sidiyi dəydikdə, onun üzərində yatmaq olar?
Və aleykum Salam. Həmin döşəyin sidik dəyən hissəsi quruyubsa, üstündəki ağı dəyişib üzərində yatmaq olar, çünki nəcis quruduqda keçicilik hökmünü itirir. Lakin, imkan olan kimi həmin döşəyin sidiyə bulaşan hissəsini yumaq lazımdır.
Zikr etmək üçün qüsl almaq lazımdır?
Salam aleykum. Zikr etmək üçün qüsl və dəstəmaz almaq şərt deyil. Ona görə qüslunuz olmada zikr etməyiniz günah deyildir.
Hər şeydən iyrənmək günahdır?
Məzi dəyən yeri necə təmizləmək olar?
Və aleykum Salam. Cinsiyyət üzvünün məzi dəyən hissəsini yumaq kifayətdir. Paltara dəyibsə, paltarın həmin hissəsini yumaq lazımdır. Həmçinin, oxuyun:
Məzi ifraz olunan paltarda namaz qılmaq olarmı?
Dəstəmazımın batil olduğunu sonradan bilənə günah yazılır?
Salam aleykum. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: "Dəstəmazsız, namaz qəbul olunmaz". (Muslim, 224). Ona görə də siz dəstəmazsız qıldığınız namazları yenidən qılmalısınız.