Namaza başlamaq istəyən qüsl almalıdırmı?
Və aleykum salam. Sizi təbrik edirik və Allaha dua edirik ki, günahlarınızı bağışlasın, dünyada və axirətdə sizə gözəl nemətlər versin. Qüsl yalnız başqa dində olub İslama girdikdə, heyz (aybaşı), nifas (doğuşdan sonra qanaxma) və cinsi əlaqədən (və ya əlaqə olmadan boşalma) sonra alınır.