təmizlənmə

Döşəyə uşağın sidiyi dəydikdə, onun üzərində yatmaq olar?

    08.06.2016
Sual: 
Salam.uwagin sidiyi doweye deyib.biz namaz qiliriq indi o dowekde yatmag natemizlikdi ya yox?cunku indi onu hec cur yumag mumkun deyul.men neyleyim?
Cavab: 

Və aleykum Salam. Həmin döşəyin sidik dəyən hissəsi quruyubsa, üstündəki ağı dəyişib üzərində yatmaq olar, çünki nəcis quruduqda keçicilik hökmünü itirir. Lakin, imkan olan kimi həmin döşəyin sidiyə bulaşan hissəsini yumaq lazımdır.

Hər şeydən iyrənmək günahdır?

    08.06.2016
Sual: 
Salam Mənim xalam hər bir şeylərdən iyrənir. Özüdə namaz qılandı.biz kəndə qalırıq həyətimizdə it var(bağlıdı)arada bir o it zəncirini qıran da həyətə gəzir. ona görədə xalam iti bağlayandan sonra bütün ev eşiyə silir. Özündən aslı deyil hər şeydən çimçəşir.deyir birdən mı dar olaram Namazım qəbul olmaz.İndi xalamın çimçəşməyin bir günahı savabı var.Sağ olun
Cavab: 
Və aleykum Salam. Bu hal şeytanın vəsvəsələrindəndir. Ən əsası belə şeylərə əhəmiyyət vermək olmaz. Əks təqdirdə vəsvəsələrin sayı çoxalır. Daha ətraflı:

Qüsl aldıqda ağıza və buruna su çəkmək müstəhəbdir, yoxsa vacib?

    01.06.2016
Sual: 
Qüslu aldıqda agızı yumaq ve buruna su çekmek vacibdir yoxsa müsteheb(hemçinin destemazdada).Bunlar olmasa qüsl pozulur.Allah razı olsun.
Cavab: 
Salam aleykum. Qüsl və dəstəmaz aldıqda ağıza və buruna su çəkmək vacibdir. Bunları qəsdən tərk etmək olmaz. Ona görə qüsl və dəstəmaz aldıqda vərdiş kimi deyil, bunları düşünərək və ciddi nəzarət edərək yerinə yetirmək lazımdır.

Alt paltara nəcis dəyibsə, namaz batil olurmu?

    01.06.2016
Sual: 
Salam. İlk once sualima gore uzr isteyirem. Deyirlerki bosalanda cenabet qusulu apmaq lazimdi. Evli deyilem.sevgilimle gorusende hiss etmis kimi oluram. ama bilmiremki bosalmisam ya yox. Uzr isteyirem, sidiye gedirsen alt paltari batir uje bilmirsenki bosalma olub ya yox. Mende namaz qilanda icimde bosalmisam ya yox bunu dusunub bilmirem ne edim. Nece edim ? İkinci sualim budur, destemazdan evvel sidiye gedende alt paltari batir ister istemez. Sora destemaz alib namaz qiliram. Bu sidikden tumana batmasi batir edir namazimi destemazimi ? Evvelceden tesekkurler.
Cavab: 
Və aleykum Salam. Əvvəlcə qeyd edək ki, kəbin olmadan sevgilinizlə görüşməniz icazəli deyil. Əgər alt paltara sidik dəyərsə, o paltarı təmizləmək və ya dəyişmək lazımdır, çünki bu halda namaz qılmaq icazəli deyil.

Pages