təmizlənmə

Qüslu vacib edən hal olduqda təyəmmümü necə etməliyəm?

    02.03.2016
Sual: 
SALAM ALEYKUM BAGISHLAYIN SUALIM UCHUN MEN YATIB MESELEN YUXUDA CUNUB OLMUSHAM GEYIMIMI DEYISHMEYE VE QUSUL ALMAGA IMKANIM YOXDU NECE EDE BILEREM. XAHISH EDIREM SUALIMI CAVABLANDIRASIZ. BU BASHDAN CHOX SAGOLUN.
Cavab: 
Və aleykum Salam. Yuxuda cünub olan və ya ümumiyyətlə cənabət halına düşən adam qüsl ala bilməsə, bulaşan yerləri su ilə təmizləməlidir. Sonra təyəmmüm alıb namaz qılmalıdır.

Cinsi əlaqədən sonra bulaşan yerləri yumaq qüsl sayılırmı?

    29.02.2016
Sual: 
Salam men bilmek isderdimki cinsi elaqede olandan soram hemin yeri sabunla yuyub qusul vermek olarmiki cimmiyesen deye
Cavab: 
Və aleykum Salam. Cinsi əlaqədən sonra bulaşıq yerləri yumaq qüsl üçün kifayət etmir. Qüslda məqsəd bədənin bütün yerlərinə suyun dəyməsidir. Daha ətraflı:
Qüsl necə alınır və onu pozan amillər hansılardır?

Qadının ön tərəfindən çıxan yel dəstəmazı pozurmu?

    29.02.2016
Sual: 
Əssəlamu aleykum.Qardas uzr isteyirem qadında ön terefden yel cıxdıqda destemaz pozulur?
Cavab: 

Və aleykum Salam. Qadının ön tərəfindən yel çıxdıqda dəstəmaz pozulmur. Kim desə ki, filan şey dəstəmazı pozur, hökmən dəlil gətirməlidir. Çünki, iddia edən odur. Dəstəmazı hansı amillərin pozması haqda Peyğəmbərimiz (ona Allahın salavatı və salamı olsun) bəyan edib.

Pages