təmizlənmə

Zina etmədən boşalma olarsa, qüsl vacib olur?

    19.04.2016
Sual: 
Salam.Sizə bir sual vermək istəyirdim..Sualıma görə üzr isdiyirəm ama vacibdiZinanın qüslu pozmağı mənə aydındı.Bəs zina etmədən orqazm olmaq nece ?Qüslu pozur?Məncə pozmur cunki bu insani rahatlasdiran bir seydi və Allah tərəfin verilib bizə belə bir hiss..Sualım- Hec bir zina etmeden orqazm olmaq qüslu pozurmu?Her seye ore tesekkurler sualima gore uzrlu sayin lakin vacibdir.
Cavab: 
Və aleykum Salam. Zina olmasa da belə boşalma baş verdikdə qüsl almaq vacib olur. Daha ətraflı: 
Qüslu vacib edən hallar hansılardır?
İstimna etməyə icazə verilir?

Qüsulsuz qılınan namaz batildirmi?

    18.04.2016
Sual: 
Salam Aleykum.Eger insan yatib durannan sonra cunublu hala düşübsə (yerində boşalıbsa) və xəbəri olmayıbsa bunnan o qılınan namazlari batildirmi? ve ya yenidən qılınmalıdırmı?
Cavab: 
Və aleykum Salam. Həmin insan qüsulsuz qıldığı namazları yenidən qılmalıdır, çünki bu namazın şərtlərindəndir. Həmçinin, oxuyun: Dəstəmazı və namazı batil edən hallar

Qüsl almaq mümkün deyilsə, nə edim?

    18.04.2016
Sual: 
Salam Aleykum ve rehmetullahi ve berekethu. Menim sualim beledi men tovbe elemisem masturbasiyaya ama axsam yatarken meni ifraz olsa men nece edim? men evde deye bilmerem axi gedim cimim. belke menim cimdiyimin sehersi gunu bele bir sey oldu? xahis edirem tez cavablandirin
Cavab: 
Və aleykum Salam və rahmətullahi və bərakətu. Qüsl almaq mümkün olmasa, təyəmmüm ala bilərsiniz. Həmçinin oxuyun:
Hansı hallarda təyəmmüm etmək olar və onu pozan şərtlər hansılardır?

Namaz qılanda uşağın qarşımda oynaması mənə günahdırmı?

    18.04.2016
Sual: 
salam.menim 3ovladim var.2. 1 yaslari var.namaz qilanda cenamazin ustune gelib cixir yaxudda qabagimda oturub mohuru gotururler.men secdede elinden alib mohuru qoyub soradan basimi qoyuram mohure.bu gunah deyil ki?2 sualim odur ki uzr isteyirem yoldasimla yaxinliq edenden sora durub qusul almaq imkanim olmur.subh namazini teyemmum edirem.soraku namazlarimuda teyemmum edib qiliram.yoldasim isden gelenden sora usaqlari saxlayir men gedib qusul aliram.qaynana qaynata ile birge qaldigima gore her defe gedib qusul ala bilmirem.bu cur namaz qilmaq gunah deyilki?
Cavab: 

Və aleykum Salam.

Nəcasətdən təmizlənmək vəsvəsə halına gəlib, mən nə edim?

    12.04.2016
Sual: 
Salam.cox sual verdiyime göre bagislayin.heyatim cehenneme dönub nefes almaq bele meni bezdirib.1)2körpe usagim var.tez tez sidik qacirdillar,karsoka öyretdiyime göre.Birde göruremki ellerini sidiye vurub esyalara qapiya skaflara vurublar.her defe temizlemekden yoruldum.hec1seye toxuna bilmirem evde.2)usaqlari yuyarken necisden temizlerken ayaqlarim ayaqqabim hemise islanir.hetta paltarin etekleride.her defe paltar deyismekden yuyunmaqdan cox su israf edirem.evdekilerlede münasibet pozuldu.hami cox su isletdiyimden sikayet edir,her seyi namazlarim qebul olsun deye etdim.ama her kesi yoldasimi
Cavab: 

Və aleykum Salam. Şəriət təmizlənmək üçün bizə nəyi öyrədibsə, onunla kifayətlənməliyik. Əgər sidik dəyən yer, uşaqların sidikli əlləri dəydiyi yer gözlə görünən halda, yəni nəm haldadırsa, oranı yaş bir parça ilə təmizləmək lazımdır. Çünki, su təmizləyicidir.

İndiki corabların üzərinə məsh etmək düzgündürmü?

    12.04.2016
Sual: 
Salam aleykum , men size bu sayitda tez tez rast geldiyimiz desdemaz alarken coraba mest cekmek olarmi , hagginda sual edeceyrm . Bir cox hedisler den bilmek olur ki , Paygember sav. Sorabin usdune mest cekib . Amma onun corabi hansi corabdan olub ? Bir cox adamlar onun corabinin deri corab oldugunu ve o corab suyu kecirmemesini iddea edirler . Desdemaz alarken pambigdan hazirlammis corabin usdunden mest ceke bileremmi? Bir namaz gilan Adam kimi ve nanazimin gebul olunnamasi ucun narahart oluram . Xahis edirem sualima cavab verin . Allah sizden razi olsun !!!
Cavab: 

Və aleykum Salam. Peyğəmbərimizin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) dövründə xuf da var idi, corab da. Xuflar dəridən olan ayaq geyimidir. O dövrdəki corablar isə indiki corablara oxşardır. Lakin, corab dəri görünmək dərəcəsinə qədər şəffaf olmamalıdır.

Pages