təmizlənmə

Böyrək xəstəliyi olan necə dəstəmaz alıb namaz qılsın?

    17.10.2016
Sual: 
Salam sualim budur ki,menim bibim xestedir.Her yeri agriyir boyreyide.O ya namaz qilir ya qila bilmir.Hem agrilari olur,hem de su iwledende(namazada qusl,destemaz temizlik lazimdir) boyreyleri agriyir.indi ne elesin?gunah sayilirmi?
Cavab: 

Və aleykum Salam. Əgər bibiniz su ilə təmizlənəndə xəstəliyi artırsa, dəstəmazı və qüslu təyəmmümlə əvəz edə bilər. Ayaqyolunda isə isti su ilə təmizlənsin. Ayaq üstə namaz qıla bilmirsə, oturaraq namaz qılsın. Daha ətraflı: 

Dadı və iyi dəyişən suyu içmək və onunla qüsl almaq olamı?

    17.10.2016
Sual: 
Salam. Spirt qoxusu ve dadi duşmüş sudan içmek ve qüsl üçün istifade etmek olarmi? Nezere alsaq ki bundan başqa istifade üçün su yoxdur.
Cavab: 

Və aleykum Salam. Suyun tərkibi dəyişdikdə, təmizləyicilik qabiliyyətini itirsə də içmək üçün yararlı ola bilər. Məsələn, sərinləşdirici içkiləri içmək olar, lakin onlarla dəstəmaz və ya qüsl almaq olmaz. Siz dediyiniz halda isə o suyu içdikdə sizə sərxoşedici təsir göstərmirsə, onu içmək olar.

Heyzdən sonra gələn ləkəyə görə qüsl alınmalıdır?

    25.09.2016
Sual: 
Allahin salami olsun. Qusulu olanda Quran oxuya bilmirem ve bu meni çox narahat edir. Qusulumu tokduyden sonrada leke deyir 2-3 gun bele olan halda men paxil quslu tökub Quran oxumaliam yoxsa o lekeye fikir vermiyib Qurana davam etmeliyem.
Cavab: 

Salam aleykum. Qadınlar heyz qanını rənginə, iyinə və digər şeylərə görə fərqləndirə bilirlər. Əgər heyz qurtardıqdan sonra heyzdən sayılmayan qan ləkəsi gəlsə, həmin hissəni təmizləmək kifayətdir, qüsl almağa ehtiyac yoxdur və Quranı ələ götürüb oxumaq olar.

Qüsl alarkən başa suyu necə tökməyin fərqi varmı?

    27.08.2016
Sual: 
Qüsl almaq üçün başa 3 dəfə su tökülməsinin lazım olduğunu öyrəndik. Suyun hardan tökülməsinin fərqi varmı:qabla yoxsa indiki hamamların əksərində mövcud olan duşla Zəhmət olmasa sualımı cavablandırın
Cavab: 

Salam aleykum. Qüsl almaq üçün başa üç dəfə su tökmək vacib deyil. Sadəcə, qadınlar cənabət qüslu alarkən saçlarını tam islatmaq istəməsələr, başa 3 dəfə tökmələri kifayət edir. Digər hallarda isə suyu duşla və ya qabla tökməyin fərqi yoxdur.

Hicablı qadın kapron corab geyinə bilərmi və digər suallar

    27.08.2016
Sual: 
Salam1.Hicablı qadın yayda ayağına kapron corab geyinə bilər?Mütləq rəngi qara olmalıdır?2Körpə uşağın çarpayısının altına yumurta qoyurlar.Bu nə qədər düzdü?3Hacı piyvəsini içmək olar?4Hallalıq üçün şirniyyata azca duz vururlar.Bu düzgündü?5Əsil sevgi var?Yoxsa əsil sevgi ancaq Allaha olmalıdır?6Kiməsə bağlanmaq düzgündü?7Kişilər halalı olmayan qadınla danışa bilməz.Bəs peyğəmbərimiz yəhudi qadın xəstə olanda onu ziyarət etmişdi.Bu günah sayılmır?8Oruclu insanın yanında xörək yemək olar?9Oruclu insanın yanında siqatet çəkmək olar?10Mən qızam.Amma nə mənini,məzini və vadini görünüşcə ayıra bil
Cavab: 

Və aleykum salam

Şübhələrə görə hər dəfə ayaqyolunda yuyunmağa 20-25 dəqiqə sərf edirəm...

    23.08.2016
Sual: 
Salam,bu tipli suallar yazmisam size,siz vesvese deyirsiz ama bunlar menim basima heqiqeten gelir,cox uzr isteyirem men her defe bövl zamani sidik ayaqlarima toxunur ne qeder qorunmsamda,olmur.ustelik ayagin ic terefine toxundugu ucun tam yuya bilmirem,bu da azmis kimi elimle ozumu yuduqca menden az da olsa sidik ifraz olur eminem,yeni her defe20_25deq ayaqyolunda qaliram.yuyunuram tekrar gelir,ustelik ayaqlarima bulasir.hem cox su israf edirem hem de vaxtim gedir,o qeder namazdan soyumusamki cunki butun gunu esebi oluram bu sebebden.1sozle men tam pak ola bilmirem,bu qeder yuyunmaq pis tesr e
Cavab: 

Və aleykum Salam. Bir daha qeyd edirik ki, bu hal vəsvəsə ilə bağlıdır. Siz bir dəfə yuyunun və daha sonra nəyinsə gəlməyinə fikir verməyin, hətta namaz vaxtı bunu hiss etsəniz də.

Ürəyim təmizdirsə, dəstəmazdan qabaq dırnaqdakı lakı silməsəm olarmı?

    22.08.2016
Sual: 
salam.. Bu lakin herdefe destemazdan sonra silinmesini anlamiram. men lak cekirem ve xosluram herdefe hamadan sonra qus aliram ve temiz dirnaga lak cekirem, eger bu lak su kecirmir deye destemaz batildirse o zaman laki vurduqdan sonra dirnaq temiz qalirda herdefe laki silmeyin ne menasi var birdeki mene gore islam dini herseyin qadagasi olan din deyil ve insani cetinliye suruyen dinde deil. mence bu lak sohbeti xurafatdi men Allaximin qabaginda duzgun insan olub duzgun itaet etdikden sonra mence bu lakli destamaz qebul edilmir sohbeti duzgun deil, xais edirem buna aydinliq getirin etrafli...
Cavab: 

Və aleykum salam. Dırnağa lak vurmaq haram deyil. Amma dəstəmaz alanda əllərin hər yerinə su dəyməsi vacib olduğu üçün lak silinməlidir. Heyz halında namaz qılınmadığı üçün dırnaq laklı qala bilər.

Pages