təmizlənmə
Namaz haqda vəsvəsələrdən necə xilas ola bilərəm?
Va aleykum Salam.
Dəstəmaz alanda ağızla burunu ayrı yumaq bidətdirmi?
Və aleykum Salam. Bu bidət sayılmır. Hər iki üsul səhihdir. Həmçinin, oxuyun: Düzgün dəstəmaz necə alınır?
Saça rəng qoymaq, qüsl və digər suallar...
Və aleykum Salam.
1. Əvvəl istədiyiniz şəkildə çimin, sonra qüsl alın, çünki qüsl ibadətdir, çimmək deyil. Qüslda adi halda çimməkdən fərqli olaraq niyyət var.
Qadının ərini öpməsi, yaxud ona toxunması dəstəmazı pozurmu?
Və aleykum Salam. Aişə (Allah ondan razı olsun) demişdiir: "Peyğəmbər (salləllahu aleyhi va səlləm) onu öpdü və dəstəmaz almadı". (Əbu Dəvud, 178; İmam Əhməd, 25767). Daha ətraflı:
Dəstəmazı pozan amillər
Barmaqdan qan gələ-gələ namaz qılmaq olarmı?
Və aleykum Salam. Barmaqdan gələn qanın qarşısını tibbi vasitələrlə alın. Qanın axması isə dəstəmazı və namazı pozmur. Əgər paltarda qan ləkəsi varsa, bunu bacardığınız qədər təmizləyin. Lakin, təmizləyə bilmədiyiniz ləkələrin sizin namaza təsiri yoxdur.
Bilmədən qüsulsuz halda qılınan namazları yenidən qılmaq lazımdırmı?
Və aleykum Salam. Əgər bu adam qüsl pozulanda qüsl almağın vacib olduğunu bilmirdisə, qüsl alıb növbəti namazlarını qılmalı və qəza etməməlidir, çünki həmin adam bilmədiyinə görə üzrlüdür, yalnız bildiyi günün qəzalarını qılır.
Qız uşağı da cənabət qüslu almalıdır?
Və aleykum Salam.
1. Həddi-buluğa çatmış qızda yuxuda və ya ayıq vaxtı boşalma baş versə, cənabət qüslu almalıdır.
Yuxuya görə dəstəmazda dəyişiklik etmək olarmı?
Salam aleykum. Yuxular həm Allahdan, həm də şeytandan ola bilər. Şəriətdə yuxu ilə hökm vermək qadağandır. Siz Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) necə dəstəmaz alıbsa, elə dəstəmaz almalısınız. Daha ətraflı: