təmizlənmə

Naməhrəmin saçını qoxulamaq dəstəmazı pozurmu?

    24.01.2016
Sual: 
Namehrem qadinin sacini qoxulamaq destemazi pozurmu?
Cavab: 

Salam aleykum. Naməhrəm qadının saçını qoxulamaq dəstəmazı pozmur. Lakin, bu hal insanı zinaya yaxınlaşdıran səbəblərdəndir. Belə hallardan çəkinmək lazımdır. Uca Allah buyurur: "Zinaya yaxınlaşmayın. Çünki bu, iyrənc bir əməl və murdar bir yoldur!" (əl-İsra, 32).

Qüsl nə vaxt qəbul olunmaya bilər?

    13.01.2016
Sual: 
Qüslü Allah qebul edirmi.ne vaxt qebul etmir
Cavab: 
Salam aleykum. Hər hansı əməlin qəbul olması üçün iki şərt var; 1. Əməli Allah rizası üçün etmək. 2. Əməli Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) etdiyinə uyğun etmək. Qüsl almaq qaydasını Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) bizə bəyan etmişdir.

Dəstəmaz alandan sonra dəsmalla qurulanmaq olarmı?

    13.01.2016
Sual: 
destamaz aldiqdan sonra el uzumuzu desmalla sile bilerikmi. bideki destamazdan sonra yemek yedikde yaxuddaki su icdikde destamaz pozulurmu.cavablandirdiginiz ucun cox sagolun
Cavab: 
Salam aleykum. Dəstəmaz alandan sonra qurulanmağa aid heç bir qadağa yoxdur. Yemək yedikdə və su içdikdə dəstəmaz pozulmur. Həmçinin, oxuyun:

Pages